F12 School - Kompüter Kursları

Nanə yarpağı

Nanə yarpağı və faydaları

Nanə bədənə istilik və quruluq verir, mədə və ürək fəaliyyətini qüvvətləndirir. Xörəkdə nanə işlətmək həzmə kömək edir, mədə üçün isə faydalı olur. Bağırsaq qazını özünə hopdurur, qatı qanı durulaşdırır. Nanədən alınan cövhər mədənin artıq şirə ifraz etməsinin qarşısını alır və mədə xorasından olan ağrıları sakitləşdirir.

Alına və gicgaha sürtdükdə başağrılarını azaldır. Yarpaqlarını qurudub xörəyə, qatığa və ayrana qataraq istifadə edilir. O xoş ətirli olmaqla yanaşı mikrobları məhv edir və zəhərli maddələri zərərsizləşdirir. İnfeksiyaya qarşı müqaviməti güclü olduğundan qədimdə çirkli yaraları yuyarkən nanəli sudan istifadə edirdilər.

Qanı qatı və yağlı olanlara çay əvəzinə nanə dəmləyib içmək tövsiyə edilir. Diş ağrayan zaman nanə çeynəmək lazımdır. Ürəkbulanmaya qarşı və iştahanı artırmaq üçün, nanəni narşərabla birgə yemək məsləhətdir. Arpa unu qatıb təpitmə qoyduqda südqovucu təsir göstərir və çibanın yetişməsini sürətləndirir.

Teqlər: mədə, həzm, ürəkbulanma, başağrı, dişağrısı, çiban, qanı durulaşdırma, yağlı qan

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun