Vəzəri (acı tərə)
Vəzərinin həm yabanı, həm də dirrikdə becərilən növü var. Keçmişdə bu bitki sağlamlıq və güc rəmzi kimi tanınmışdır. Tərkibində bədən üçün lazım olan bir sıra faydalı maddələr olduğundan ona sağlamlıq göyərtəsi adı verilmişdir. Bu göyərti infeksiyaya qarşı mübarizə aparır, bağırsaqların işini yaxşılaşdırır, tənəffüs sistemini tənzimləyir.
Astma, zökəm, qara öskürək zamanı səhərlər onun şirəsindən istifadə etmək məsləhət görülür. Vəzəri bədəndə olan zərərli və zəhərli maddələri çıxarır, bədənə sərinlik verir. Suyunu şirin badam və ya zeytun yağı ilə böyrək və sidik kisəsi ağrısı zamanı işlədirlər. Vəzəri və onun növləri sidikqovucu və tərqovucu xüxusiyyətə malikdir. Pis qoxuları aparır, şəkər xəstələri üçün də xeyirlidir. Toxumunu yarıbişmiş yumurta sarısı ilə qarışdıraraq cinsi həvəsi artırmaq üçün istifadə edirlər.
Teqlər: Şəkərli diabet, göyərti, sidikqovucu, böyrək xəstəlikləri, vəzəri, acı tərə, şəkər xəstəliyi, tənəffüs sistemi, bağırsaq, cinsi həvəs, zökəm, astma, qara öskürək, sidik kisəsi