F12 School - Kompüter Kursları

Qan və qan azlığı

Anemiya, həmçinin qanazlığı (Qədim yunan dilindən tərcümədə anaimia yəni "qan çatışmazlığı") - qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji haldır. Digər izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması.

Anemiyaya çoxlu qan itirildikdə (yaralandıqda, mədə-bağırsaq, ağciyər, burun, uşaqlıq və s. qanaxmaları zamanı), kimyəvi maddələrlə zəhərləndikdə, bədxassəli şiş törəmələrində, B12 vitamini çatışmadıqda və s. hallarda rast gəlinir.

Anemiyanın baş verməsinə daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur; bu, "Dəmir defisitli anemiya" adlanır. Anemiyanın normoxrom, hipoxrom və hiperxrom növləri var. Rəng göstəricisi normoxrom anemiya zamanı dəyişmir, hipoxrom anemiyada azalır, hiperxrom anemiyada isə artır. Anemiyalar kəskin və xroniki olur. Müxtəlif travmalar, mədə xorası, uşaqlıq və ağciyər qanaxması nəticəsində sürətlə yaranan qanazlığında kəskin, qanaxma tədricən olduqda isə xroniki olur. Yalnız eritrositlərin deyil, həm də leykosit və trombositlərin azalması ilə müşayiət olunan anemiya "Aplastik anemiya" adlanır. Hemolitik anemiyada eritrositlərin parçalanması baş verir.

Anemiya qan xəstəlikləri arasında ən məşhurudur və dünyanın ¼ hissəsi bu narahatlıqdan əziyyət çəkir. Dünyada qanda dəmir çatışmazlığı səbəbindən inkişaf edən anemiyadan əziyyət çəkən insanların sayı isə 1 milyarddan artıqdır.

Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar da çoxluq təşkil edir.

Dəmir çatışmazlığı körpələrdə anemiyanın ən vacib və ən çox yayılmış səbəbidir. Gənc uşaqlar kifayət qədər dəmir ala bilmirlərsə, qısa müddətdə anemiya yaşaya bilərlər. Çünki, dəmir hemoglabinin istehsalı üçün zəruri komponentdir. Bundan əlavə, vitamin çatışmazlığı anemiyanın səbəblərindən biridir.

Körpə 1 yaşından tez inək südü içməyə başlarsa və anasüdündən yetərincə faydalanmazsa, əlavə qidaya başlaması ilə bərabər dəmir tərkibli qidaları qəbul etməzsə, dəmir çatışmazlığı və anemiya ilə qarşılaşa bilər.


 Qan azlığına qarşı təbii vasitələri sizlərə təqdim edirik:

Bir stəkan qara turpun şirəsi, bir stəkan çuğundurun şirəsi və bir stəkan da yerkökü şirəsini ağzı bağlanan dəmir qaba töküb ağzını örtüb vam odda, qaz və ya elektrik sobasında saxlayırlar. Üç saatdan sonra götürüb ağzı bağlı halda soyudurlar. Ondan gündə 3 dəfə yeməkdən əvvəl bir x/q içirlər. Bu qan azlığının ən yaxşı müalicəsidir. Müalicə müddəti iki və ya üç ay olmalıdır.

Gündə üç dəfə, hər dəfə də 1 x/q abqara içmək qanda pis xolisterinin miqdarını azaldır.


Qanın saflığını və təmizliyini qorumaq üçün tərənin 20 qramını bir stəkan qaynaq suda dəmləyib, gündə bir neçə dəfə içmək faydalıdır.


Qan azlığı zamanı alma da xeyirlidir. Belə ki, almanın tərkibində xeyli miqdarda dəmir foli turşusu vardır. Xəstənin müalicə etmək üçün, tam yetişmiş almaya 15-20 ədəd işlənməmiş təmiz mismar batırıb bir sutka saxlamaq lazımdır. Sonra mismarları çıxardıb, dəmirlə zənginləşmiş almanı xəstəyə yedizdirmək lazımdır. Müalicə qan bərpa olana kimi davam edir.

Teqlər: Limon, Xəstəliklər, Ürək-damar, qan, qan azlığı, tərə, qara turp, çuğundur, yerkökü, abqara, alma, dəmir, anemiya

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun