F12 School - Kompüter Kursları

Zəhərlənmənin əlacı - Yaşıl Yarpaq

Zəhərlənmə

Zəhərlənmənin nədən baş verdiyindən asılı olmayaraq onu dəf etmək üçün belə bir qarışığın tam xeyirli olması tövsiyə edilir. Eyni miqdarda qozu, ənciri və sədəfçiçəyi otunu qarışdırararq döyüb gündə bir neçə dəfə yemək xeyirlidir.

Bir xörək qaşığı nanə arağını bir stəkan çaya və yaxud qaynadılmış suya qarışdırıb içmək zəhərlənməni dəf edir.

Balqabağın tərkibində olan su orqanizmdə hasil olan toksini (zəhərli) maddələri neytrallaşdırır və onları müxtəlif yollarla xaric edir. Buna görə zəhərlənmə zamanı balqabağı xırdalayıb döyərək, sonra şirəsini çıxarıb içmək lazımdır. Onu çiy halda da yemək olar.

Zəhərlənmə zamanı dəfnə yarpağını çay kimi dəmləyərək, ara verə-verə içmək xeyirlidir.

İlan, arı, eşşək arısı sancan yerə təcili olaraq bağayarpağını əzib məlhəmini qoymaq lazımdır. Bu məlhəm o dəqiqə zəhəri sorub çıxaracaq, ağrının və şişin qarşısını alacaq.

Arı sancan yeri tez sağaltmaq və şişmənin qarşısını almaq üçün, kalendula ilə spirti qarışdırıb arı sancan yerə sürtmək lazımdır.


 

Teqlər: dəfnə yarpağı, zəhərlənmə, bağayarpağı, kalendula, nanə arağı

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun