Sidik kisəsi və sidik yolları
Zirənin meyvəsindən 20 qr. götürüb 200 qr. qaynar suda 20 dəqiqə dəmləmək və süzdükdən sonra gündə üç dəfə bir stəkan içmək, bədəndə sidikqovuculuq xüsusiyyəti artırır. Acı paxlanı ardıcıl olaraq bir neçə gün yemək, sidik axarlarını təmizləyir və orada olan ağrıları kəsir.
Əgər sidik yanğınız varsa, onda ağ arpanın qaynadıb süzün və gündə bir neçə dəfə bir stəkan için. Bu həmin əlaməti aradan qaldıran yaxşı bir vasitədir.
Təbiblər təklif edirlər ki, 12 qr. nərgiz çiçəyini bir fincan bal şərbəti ilə qarışdırıb gündə 3 dəfə, hər dəfə də bir xörək qaşığı qəbul etmək sidik kisəsində olan ağrıları dayandırır.
Keçi südünü gündə bir neçə dəfə, hər dəfə də bir stəkan isti-isti içmək sidik kisəsinin ağrılarına yaxşı kömək edir.
Əgər kimsə sidiyi saxlaya bilmir və sidiklə qan ifraz edirsə, bunun qarşısını almaq üçün belə bir qarışım hazırlasın: palıdın yarpağını, çiçəyini və qabığını toplayıb qurudaraq döyüb qarışdırın. Ondan bir xörək qaşığı götürün, bir stəkan qaynar suda 15-20 dəqiqə dəmləyib süzün. Bundan gündə bir neçə dəfə bir stəkana qədər için. İnŞəAllah ki, bu dərd-bəladan xilas olarsınız.
Qədim təbiblər qeyd ediblər ki, əgər uşaq mütamadi gecələr yerini isladırsa, xoruzu kəsib, onun qursağını bişirib uşağa yedizdirin. Bu ona tamam sağalmağa kömək edəcək.
Bal ilə ana südünü eyni miqdarda qarışdırıb gündə bir neçə dəfə stəkanın üçdə biri qədər içməklə sidik kisəsindəki daşlar parçalanıb tökülə bilər.
Teqlər: bal, ana südü, ağ arpa, zirə, acı paxla, palıd, xoruz, sidik qaçırma, sidik daşları