F12 School - Kompüter Kursları

Vərəm xəstəliyi - Yaşıl Yarpaq

Vərəm xəstəliyi

Ağciyər vərəmində əzvay (aloye) xüsusi əhəmiyyət kəsb edir. 15 qr. əzvay şirəsi, 100 qr. kərə yağı 100 qr. bal , 10 qr. kakao tozunuzu bir yerdə qarışdırıb gündə 2-3 dəfə bir xörək qaşığı götürüb bir stəkan südə qatıb xəstəyə vermək məsləhət görülür.

Eyni miqdarda damaotunun (şirquyruğu) gövdə və yarpağını, kasının kökünü xırdalayıb qarışdırırlar. Ondan bir xörək qaşığı bir stəkan qaynar suda çay kimi dəmləyib gündə 4 dəfə, hər dəfədə yarım stəkan içirlər. Doqquz həftədən sonra ciyər çirkdən təmizlənir və yaralar bitişir. Qafqazda bu üsulla xəstəliyi tam müalicə etməyə nail olmuşdular.

Babalarımız ağ ciyər vərəmini müalicə etmək üçün bişmiş qoyun beynini və yumurta sarısını bir-birinə qarışdıraraq səhərlər acqarnına xəstəyə yedizdirirlərmiş. Bunun yaxşı faydası olurmuş.

Daha bir müalicə üsulu belədir: kiçik bir qazana bir stəkan su tökün. 15 qr. bal və bir yarpaq doğranmış əzvay (aloye) əlavə edin. Zəif odda iki saat bişirin. Ondan gündə üç dəfə, hər dəfədə bir xörək qağışı içmək məsləhət görülür.


 

Teqlər: aloye, vərəm, əzvay, şirquyruğu

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun