Öd kisəsi - Öd yoları
Öd kisəsi, ödlük — insanda ödün toplandığı armudşəkilli kisədir. Qaraciyərin sağ payının visseral səthinin üzərində yerləşmişdir. Uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Ödün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir. Öd kisəsi üç hissədən ibarətdir:
- Dibi (önə və aşağı baxır).
- Cismi.
- Boynu.
Öd kisəsi, kanallar vasitəsilə qaraciyərə yapışan bir orqandır - öd kisəsini safra yığmaq üçün istifadə edir. Bir sözlə, yeməyi parçalamaq və həzm etmək üçün yeyəndə bu öd nazik bağırsaqda sərbəst buraxılır. Öd kisəsi ağrısına səbəb olan ən çox görülən diaqnozlar öd daşı, pankreatit, xolesistit (öd kisəsinin iltihabı) və öd kolikasıdır. Semptomlar ağrının səbəbindən asılı olaraq dəyişəcək - daha sonra məqalədə daha çox oxuya biləcəksiniz. Gün ərzində xüsusilə də mədənizdə və çiyninizdə şiddətli ağrılar hiss edir, ancaq, bunu streslə əlaqələndirirsinizsə yanlış düşünürsünüz. Çünki bu ağrılar öd kisəsi ilə bağlı ola bilər. Öd kisəsində yaranan daşlar bəzən bir problem yaratmasa da, bəzənsə şiddətli ağrılarla özünü biruzə verir. Öd kisəsi daşlarının ən çox yol açdığı şikayət, yemək yedikdən təxminən yarım saat- 1saat sonra ani ortaya çıxan, qarnın sağ üst qismində olan və sağ çiyinə vuran şiddətli ağrıdır. Ağrı zamanı bulantı və qusma da görülə bilər. Həmçinin öd kisəsi daşları infeksiyalı, yoluxucu olmayan sarılığa da səbəb ola bilər.
Aşağıda sizlərə öd və öd xəstəliklərinin təbii müalicəsini və profilaktikasınının bir neçəsini təqdim edirik:
Zirincin köklərini və yarpaqlarını xırda-xırda doğrayın. Ondan 20qr götürüb bir stəkan qaynar suda 15-20 dəqiqə dəmləyin. Bu dəmləmədən gündə 2 stəkan (səhər və axşam) çay kimi için. Bu öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır və öd yolu xəstəliklərini müalicə edir.
Yaz aylarında gicitkənin təzə yarpaqlarını və körpə zoğlarını ovucun içində duzla ovuşdurduqdan sonra yedikdə öd kisəsi təmizlənir. Bunu bir həftə ərzində hər gün yemək lazımdır.
Öd kisəsi xəstəliyində yarpız dovğası dərman rolunu oynayır. Yayda təzə yarpızdan, qışda isə 250-300 qr. qurudulmuşundan dovğa bişirmək olar. Ondan gündə ara verə-verə 1 litr içmək xeyirlidir.
Öd daşını əritmək üçün qara turpun şirəsini çıxarmaq və ondan 100 ml-dən 400 ml-ə qədər artırmaqla gündə 1 dəfə içmək lazımdır. Müalicə 2-3 həftə davam edir. İldə bir dəfə bu cür müalicə kursu keçirmək çox faydalıdır.
Allah şifanızı versin!
Teqlər: gicitkən, qara turp, öd lisəsi, öd yolları, qara ciyər, zirinc, yarpız dovğası