F12 School - Kompüter Kursları

Qara ciyər

Qaraciyər – insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin vəzifəsi çox müxtəlifdir. Birinci növbədə o, vəzi olduğu üçün məhsul – öd və sidik cövhəri ifraz edir.

Məlum olduğu kimi öd onikibarmaq bağırsağa tökülüb həzm prosesi zamanı sərf olunur. Sidik cövhəri əvvəlcə qana keçir və sonra buradan böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olur. Qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana buraxılır. Bundan əlavə qaraciyərdə rüşeym dövründə qırmızı qan kürəcikləri hasil olur, beləliklə o, qanyaradıcı vəzifə ifa edir. Qaraciyər mühafizə vəzifəsini də daşıyır – kapillyarlarının endotel hüceyrələri (Kupfer hüceyrələri) retukul-endotel sistemə aid olub faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələri zərərsiz hala keçirir.) Qaraciyərin endokrin (daxili sekresiya) vəzifəsi də qeyd olunur. Qaraciyəri toksinlərdən təmizləyən qidalar Toksinlərdən xilas olan qaraciyər ümumi sağlamlığı və zahiri görünüşü yaxşılaşdırır. Qaraciyərin toksinlərdən təmizlənməsi prosesini sürətləndirən ərzaqların siyahısını təqdim edirik.

İçməli su: İçməli su qaraciyər üçün ən yaxşı köməkçilərdən biridir. Həkimlər günə bir stəkan su içməklə başlamağı və onu eyni tərzdə — su içməklə başa vurmağı məsləhət görürlər. Kifayət miqdarda su orqanizmi kimyəvi maddələrdən və toksinlərdən – onun əsas filtri olan qaraciyərdən keçən bütün komponentlərdən xilas olmağa şərait yaradır. Onların bədəninizdə uzun müddət qalmasının istəmirsinizsə, o zaman su için.

Sarımsaq: Sarımsağın tərkibindəki kükürd birləşmələri qaraciyər fermentlərini aktivləşdirməyə kömək edir, bununla da onun süzgəcdən keçirmə qabiliyyətini gücləndirir. Bundan başqa, sarımsaq allisin və selenlə zəngindir ki, bu maddələr də qaraciyəri zədələnmələrdən qoruyurlar.

Sarıkök: Sarıkökdən istifadə qaraciyər hüceyrələrinin regenerasiyasını stimullaşdırır, həmçinin ödün təbii ifrazını artırır. Bu da toksinlərin bədəndən xaric edilməsi prosesini sürətləndirir.

Su və Limon: Su və limondan ibarət içki – qaraciyəri təmizləmək üçün əla vasitədir. Belə bir məlumat var ki, qaraciyər limonlu suya cavabında daha çox ferment ifraz edir.

Alma: Almanın tərkibində çox güclü flavonoidlər var ki, bunlar da orqanizmdə baş verən iltihab proseslərinə qarşı mübarizə aparmağa qadirdir. Bununla yanaşı, meyvənin tərkibinə orqanizmi arzuolunmaz maddələrin toplanmasından təmizləməyə kömək edən pektin kimi sellüloz daxildir.

Çuğundur:  Az qulluq tələb edən bu tərəvəz öd yollarını toksik zədələnmələrdən əla müdafiə edir. Qaraciyəri sağlam saxlamaq istəyirsinizsə, tez-tez bişmiş çuğundur yeyin. Çuğundurun qaraciyərə olan faydalı təsirini artırmaq üçün onu dilimləyib bir az sarıkök və istiot əlavə edin. Sarıkökdə olan kurkumin maddəsi qaraciyərdə iltihabı azaldır, istiot isə sarıkökün təsirini daha da artırır.


Qara ciyərin fəaliyyətini artıqmaq üçün, bir x/q keşniş toxumunu döyüb, üzərinə bir stəkan su töküb üstünü örtün. 20 dəqiqədən sonra onu süzün. Bu qarışımı gündə 3 dəfə, hər dəfə də iki xörək qaşığı için.


Qara ciyər ağrıları zamanı, qozu sındırıb ləpələrinin arasındakı pərdələri çay kimi dəmləyib, gündə bir neçə dəfə içmək lazımdır.


 

Teqlər: Limon, sarıkök, qan, qan azlığı, qara turp, çuğundur, alma, dəmir, sarmsaq, qoz, keşniş toxumu, içməli su

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun