F12 School - Kompüter Kursları

Qan təzyiqi - Yaşıl Yarpaq

Qan təzyiqi

Qan təzyiqinin yüksəlməsindən əziyyət çəkənlər üçün belə bir müalicə üsulu təklif edirik. Doqquz ədəd baş soğanı xırda-xırda doğrayıb üç stəkan suda qaynatmalı ( bir stəkan qalana kimi) və sonra sıxıb süzməli, ondan sonra bunda yeməkdən 20-25 dəqiqə əvvəl yarım stəkan içməlidir. Müalicə bir həftə bu qayda ilə davam etdirilir.

Sonra bir həftə fasilə verilir və sonra yenidən bir həftə təkrar olunur. Bu müalicə qan təzyiqini aşağı salır, baş və gicgah ağrılarını, ümumiyyətlə halsızlığı aradan qaldırır.

Qatığı süzüb suyunu gündə bir neçə dəfə içməklə qan təzyiqini aşağı salmaq olar.

Üzərlik toxumunu döyüb toz halına salmaq və gündə 3 dəfə çay qaşığının yarısı qədər qəbul etmək qan təzyiqinin normallaşmasına kömək edir.

Qan təzyiqi çox yüksələndə ayağın, qolun bükümlərinə, övucun içinə, həmçinin ayağın altına, boyuna və başın ortasına (əmgəg yerinə) sirkə sürtüb ovxalamaqla təzyiqi aşağı salmaq olar.

20 qr. Şüyüdü bir stəkan qaynar suda çay kimi dəmləyib gündə bir neçə dəfə içmək qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini nizamlayır.

Meşədə bitən qara yemişanın 150-200 qramını yemək və yaxud çay kimi dəmləyib gündə bir neçə dəfə içmək yüksək qan təzyiqini aşağı salır.


 

Teqlər: alma sirkəsi, şüyüd toxumu, soğan, qatıq, B1, B2, B3, B6, B12, üzərlik, yemişan

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun