F12 School - Kompüter Kursları

Əsəb xəstəliyi və yuxu

Əsəb xəstəliyi və yuxu

Xalq təbibləri məsləhət görürlər ki, əsəbləri sakitləşdirmək beyin və ürək damarlarının fəaliyyətini tənzimləmək üçün zirinc dəmləməsi içmək lazımdır. Zirinc dəmləməsi hazırlamaq üçün bir xörək qaşığı zirinci, bir stəkan qaynar suda on dəqiqə dəmləyib, üstünü örtür, sonra cunadan süzürlər. Ondan gündə üç dəfə, hər dəfə də yarım stəkan içirlər.

Pişikotu kökünü xırda-xırda doğrayır, qurudurlar. 20 qram götürüb 200 qram qaynar suda, 15  dəqiqə dəmləyir və ikiqat tənzifdən keçirirlər. Bu dəmləmədən gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir xörək qaşığı içirlər. Bu müalicə əsəbliyi və kəskin psixi gərginliyi aradan qaldırmaq üçün çox faydalı hesab edilir.

Yatağa girib uzun müddət yata bilmədikdə, belə bir vasitədən istifadə etmək yaxşı nəticə verir. Yatmazdan əvvəl bir stəkan təzə ilıq südə, bir çay qaşığı bal çalın və qurtum-qurtum için. Sonra bir parça qəndə 30-40 damcı pişikotu cövhəri damcıladıb sorun. Bu yaxşı yatmaq üçün ən münasib təminatlardan biridir.


 

Teqlər: zirinc, bal, pişikotu

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun