F12 School - Kompüter Kursları

Bədəndə duzun təmizlənməsi - Yaşıl Yarpaq

Bədəndə duzun təmizlənməsi

Bədəndə yığılmış duzları yox etmək üçün 300 qr. yerkökü, 100 qr. çuğundur, 100 qr. xiyar şirəsinin qarışdırıb gündə 3 dəfə, hər dəfədə stəkanın üçdə biri qədər içmək lazımdır. Müalicə bir ay davam etdirilməlidir.

Böyrəklərdə və oynaqlarda olan duz yığıntısını xaric etmək üçün faydalı vasitələrindən biri turp şirəsidir. Turpu döyüb şirəsini çıxarır və eyni miqdarda balla qarışdırırlar. Bu mayedən gündə 3 dəfə, hər dəfədə yarım stəkan içmək məsləhət görülür.

Oynaqları duzdan təmizləmək üçün belə edirlər. Bir stəkan düyünü bir gün islağa qoyurlar sonra həmin suda çit halda qaynadırlar. Onu yarı bölüb şit halda gündə iki dəfə yeyirlər.

Ayağa yığılan duzu təmizləmək üçün belə etmək lazımdır. Bi baş sarımsağı döyürlər, onu tənzifin arasına yığırlar və ağrayan yerə qoyub bağlayırlar. Onu ayağı yandırana qədər saxlayırlar. Bir neçə dəfə belə edildikdən sonra duz təmizlənir.

Keçmişdə həkimlər duza qarşı bu müalicədən də istifadə edərmişlər. Üç kiloqram soğanı doğrayıb, üstünə bir qədər su əlavə edirlər. Onu vam odun üzərində 3 saat qaynadırlar. Onu tənzifdən keçirib hər səhər stəkanın üçdə biri qədər içirlər. Müalicənin hazırlanan maye qurtarana qədər davam etdirmək lazımdır.

Teqlər: soğan, sarımsaq, xiyar, turp şirəsi, düyü

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun