Dəmrov və müalicə üsulları
İki stəkan suta bir stəkan qarabaşaq yarması töküb qaynadın. Alınan həlimi dəmrovun üzərinə çəkin. Bunun xeyirli faydası var.
Sütül əncir meyvəsini dərin, onun südünü dəmrovun üstünə sürtün. Bu prosesi xeyli davam etdirin. Bu müalicə dəmrovu sağaldacaq.
Killik bitkisini yandırıb, külünü dəmrovun üzərinə sürtmək lazımdır. Dəmrovu sağaltmaq üçün köhnə qozun ləpəsindən də istifadə edirlər. Qozun ləpəsini döyüb onu məlhəm kimi dəmrovun üstünə yaxırlar.
Sağalmayan dəmrovun müalicəsini bu qayda üzrə aparmaq olar: tənbəkinin yarpağını suda qaynadıb süzürlər, həmin həlimlə dəmrovu yuyur və tənzifə hopdurub sarğı qoyurlar.
Dəmrov otunu döyüb şirəsini çıxarır, onu eyni miqdarda spirtlə qarışdırırlar. Xəstə nahiyəyə sürtür, sonra tənzifə hopdurub sarğı qoyurlar. Sarğını gündə iki dəfə dəyişmək lazımdır.