Çiban və Sızanağın müalicəsi
Çiban yaraları üçün ən yaxşı müalicələrdən sayılan biri belədir. Zeytun yarpağını və körpə zoğlarını döyüb onu yaranın üstünə qoyurlar. Bu məlhəm yaranın qanını və irinini sorur, sonrada suyunu çəkir ki, bu yaranın sağalmasını tezləşdirir. Müalicə yara sağalana kimi davam edir.
Başqa bir müalicə növü belədir. Vəzərini (tərə) duzlu suda qaynadırlar. Alınan qarışımı çibanın üzərinə qoyub sarıyırlar. Bu çibanın sağalmasını sürətləndirir və yara tezliklə sağalır.
Başqa bir müalicə isə belədir. Qozun yaşıl qabığını əzib suyunu çıxarırlar. Onu sızanaqların üzərinə çəkirlər. Bu üsulu bir neçə dəfə etdikdən sonra sızanaqlar yox olur.