Böyrək xəstəlikləri
Xalq təbabətində böyrək xəstəliklərinə dair çoxlu sayda müalicə vasitələri, məsləhətləri və reseptləri var. Onlardan bəzilərini istifadə etmək üçün sizlərə təqdim edirik. Keçmiş təbiblər hər səhər bir xörək qaşığı zeytun yağı içməyi məsləhət bilirdirlər. O böyrəkləri sağlamlaşdırır və onu möhkəmləndirir.
Böyrək damarlarını təmizləmək və onun fəaliyyətini artırmaq üçün cirəni qaynadıb içmək lazımdır. Hazırlanmaq qaydası bu cürdür: 20 qr. cirəni 1 stəkan suya töküb qaynadın və süzün. Yeməkdən sonra ondan bir stəkan içmək məsləhətdir.
Yarpız digər xəstəliklərdə olduğu kimi böyrək ağrılarında da köməyə gəlir. Onun qurudulmuş yarpaqlarından 20 qr. götürüb 1 stəkan qaynar suda 15-20 dəqiqə dəmlədikdən sonra süzüb gündə bir neçə dəfə çay kimi içmək böyrək ağrılarını sakitləşdirir.
Xalq təbabətində təbiblər böyrəyə duz və qum yığılmasının qarşısını almaq üçün 300 qr. kök şirəsini, 300 qr. xiyar suyunu və 100 qr. qırmızı çuğundurun şirəsini bir-birinə qatıb fasilə ilə iki saat ərzində içməyi məsləhət görürlər. Gündə bir dəfə aparılan bu müalicə üsulu, bir həftəyədək davam etdirilməlidir. Bu müalicə üsulu profilatika məqsədi daşıyır.
Xalq təbabətinin əksər həkimləri, böyrək daşının təmizlənməsində toyuq böyrəyinin iç pərdəsini yuyub qurutduqdan sonra toz halına salmağı və ondan bir çay qaşığı götürüb 200 qr. qaynar suda 15-20 dəqiqə dəmləyib isti-isti içməyi məsləhət görüblər. Gündə bir neçə dəfə içməklə müalicəni 8-10 gün davam etdirmək olar.
Əgər böyrəyinizdə qum varsa və ondan xilas olmaq istəyirsinizsə, onda bir həftə hər gün ac qarnına qarpız yeyin. Sonrakı bir həftə ərzində isə eyni qaydada sulu armud yeməyi unutmayın.
Allah şifanınızı versin.
Teqlər: çuğundur, zeytun yağı, böyrək xəstəlikləri, cirə, yarpız, kök, xiyar, toyuq böyrəyi, qarız, sulu armud