Şəkər xəstəliyinin təbii çarələri - 1 hissə
Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.
Bədənimiz yediyimiz karbohidratları şəkərə (qlükoza) parçalayır. Mədəaltı vəzdə əmələ gələn insulin adlı hormon bədən hüceyrələrinə həmin şəkəri enerjiyə çevirmək göstərişi verir. Diabetin yaranmasına isə insulinin hasil olunmaması və ya hormonun funksiyasını yerinə yetirməməsi səbəb olur, nəticədə, qanda şəkərin miqdarı artır. Şəkər xəstəliyi 1-ci və 2-ci tip qrupuna bölünür.
1-ci tip diabet xəstələri insulindən asılı diabet xəstələridir.
2-ci tip diabet xəstələri isə insulindən asılı olmayan diabet xəstələridir.
Şəkərli diabet xəstəliyinin əlamətləri...
- Susuzluq
- Tez-tez sidiyə getmə
- Çəki itirmə
- Sidik yollarının infeksiyası
- Bulanıq görmə
- Qaşınma
- Yorğunluq
- Dəridə və ağızda quruluq
- Ayaqlarda keyiməsi
Ancaq insan istəsə hər bir xəstəliyin öhdəsindən gələ bilər. Çünki Allah (c.c) yaratdıqlarının içərisində ən üstünü və ən şərəflisi insandır və Allahdan (c.c) başqa hər şey insanın qüdrəti qarşısında acizdir. Buna görədə bütün xəstəliklərə qalib gəlməyin tək yolu möhkəm iradə, pəhriz və nizamlı müalicədir. Həzrət Əli (ə) buyurub: "Hər bir xəstəliyin mənbəyi mədə və hər bir xəstəliyin çarəsi pəhrizdir. İlk növbədə bu xəstəliyin prioritet xətti pəhrizli yeməklərdir. Ən əsası isə un məmulatları və şirniyatdan mümkün qədər uzaq durmaq və ya ən yaxşısı onlardan təmamilə imtina etmək lazımdır.
Beləliklə şəkər xəstəliyinin və ya qanda şəkərin miqdarını normada saxlayan təbii vasitələrin silsilə olaraq sizlərə təqdim edəcəyik.
Resept 1. Tərkibi:
3 x/q qatıq
1 ç/q Toz darçın
1 ç/q Qarazirə
1 ç/q Mahlep
Hazırlanma qayadası: Bu ədvaları qatığın içinə qatıb qarışdırın, Sonra bu qarışımı hər yeməkdən sonra yeyin. Əsas odur ki, bunu mütamadi, nizamlı qaydada etmək lazımdır.
Resept 2.
1 litr təzə sağılmış inək südünə təmizlənmiş, döyülmüş 1 baş sarımsaq qatın. Emallı qabda vam odun üstünə qoyub və 3/1 hissəsi qalana qədər qaynadın. Bu qarışımdan gündə 3 dəfə 1 x/q için. Bu şəkər xəstəliyi üçün münasibdir.
Resept 3.
Qanda olan şəkərin miqdarını azaltmaq üçün, hər səhər ac qarnına 2 x/q abqora içmək məsləhətdir. Müalicə kursu 40 gündür.
Resept 4.
Andızın kökünü təmizləyib xırdalayın. 20 qr. götürüb 1 stəkan qaynar suda dəmləyin. Ondan gündə bir neçə xörək qaşığı için.
Resept 5.
Qanda şəkərin miqdarını azaltmaq üçün, palıd qozası dərmandır. Palıd qozasını döyüb üyüdün, bir xörək qaşığı götürüb 1 stəkan qaynar suda dəmləyib süzün. Bu həlimdən gündə 3 dəfə bir xörək qaşığı qəbul edin.
Allah şəfanızı versin.
Teqlər: Limon, Şəkərli diabet, Darçın, qarazirə, zəncəfil, aloye, adaçayı, gicitkən, qaragilə, mahlep, ud hindi, alma sirkəsi, kirli şəfran meyvəsi, sarımsaq, sumaq, gicitkan, lobya, qatıq, susuzluq, yorğunluq, ayaq keyməsi