Ürək ağrısı və heyva yarpağı
Ürəkdə pozğunluq zamanı, ürək nahiyəsində ağrılar baş verə bilər. Əgər dərindən nəfəs ala bilməmək, nəfəs darlığı, fiziki gücdən sonra zəiflik, qan təzyiqinin yüksəlməsi, ürək ritminin pozulması ilə əlaqəli bu cür simptomları yaşamağa başlasanız - bütün bunlar ürək problemlərini göstərir. Bu zaman ürəyin fəaliyyətini analiz edib, baş verən pozğunluğu aşkar etmək lazımdır.
Həm qazanılmış, həm də anadangəlmə patoloji ürək pozğunluqları ola bilər. Müxtəlif ürək ağrılarına qarşı təbii bir vasitəni sizlərə təqdim edirik.
Bu vasitənin tərkibi belədir.
- Heyva yarpağı
- Qarğıdalı saçağı
Heyva ağacının təzə yarpağını və qarğıdalı saçağını xırdalayıb qarışdırın. Onda 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyin. Bu dəmləmədən bir neçə dəfə çay kimi içmək ürəyə müsbət təsir göstərəcək. Allah şifanızı versin!
Teqlər: Limon, Xəstəliklər, Ürək-damar, heyva, qarğıdalı saçağı, heyva yarpağı