Öskürək
Öskürəyin müalicəsində istifadə olunan çarələrdən biri belədir: 1 xörək qaşığı cirəni bir sətkan suda qaynadıb, süzülür. Sonra bir çay qaşığı şəkər əlavə edilib qarışdırılır. Bu məlhəmi günərzində bir neçə dəfə için. Bu məlhəm öskürəyi dəf edən təsirli və yaxşı vasitələrdən biridir.
Əgər sinəniz tutulubsa, öckürək ara vermirsə, onda bir qədər heyva meyvəsinin tumunu bir çay qaşığı razyana toxumu və bir qədər zirə ilə qarışdırıb bir stəkan qaynar suda dəmləyin. Ondan gündə bir neçə dəfə içsəniz sinəniz təmizlənər və öksürəyinizdə kəsər.
Quru öskürək zamanı gülxətmi çiçəklərini qızılgül ləçəklərini və şüyüd toxumunu eyni miqdarda xırdalayıb qarışdırın. çay kimi dəmləyin. Ondan gündə bir neçə dəfə yarım stəkan için. Bu sizin öksürəyinizin dayanmasına yaxşı bir çarədir.
Teqlər: şüyüd toxumu, qara öskürək, quru öskürək, gülxətmi