F12 School - Kompüter Kursları

Şəkərli diabet xəstəliyi üçün su qarışımı

Qanda şəkəri hər zaman normada saxlamaq üçün, şəkər xəstələri gərəkdir ki, un məmulatında və şirniyyatlardan imtina etsin və ya ən azından onlardan çox minimal ölçüdə istifadə etsin. Şəkər xəstəliyi zamanı insan nə yeyirsə yesin, qanda şəkərin miqdarını artırır.

Bu da orqanizimdə bir çox fəsadlar yaradır. Bu səbəbdəndə şəkər xəstələri qandakı şəkərin miqdarını normada saxlamaq üçün, ya dərmanlardan istifadə edirlər və yaxud təbii vasitələrdən. Bu təbii vasitələr qədərincə çoxdur, amma bu gün mən bu vasitənin birini necə hazırlanıb istifadə etmək qaydasını sizlərə təqdim edəcəm. Mən özümdə şəkər xastəsi olduğum üçün bu vasutədən mən demək olar ki, artıq beş ildi istifadə edirəm və çox yaxşı nəticəsini görürəm. Ancaq yenədə saytda qeyd etdiyim kimi, hər bir xəstənin bu vasitələrə müxtəlif reaksiyası olduğu üçün, həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur. Deməli bu vasitə aşağıdakı tərkibdən ibarətdir.

  1. Alma sirkəsi
  2. Çubuk darçın
  3. Mixək
  4. Limon
  5. Adi təmiz su

Hazırlanma qaydası:

Deməli 1 lt. suya bir x/q alma sirkəsi, iki çubuk darçın, 5-6 ədəd mixək, bir ədəd qabıqlı limon (təmiz yuyulduqdan sonra) əlavə edib 12 saat saxlamaq lazımdır. Sonra bu qarışımdan yemək yarım saat əvvəl bir sətkan içmək lazımdır. Qarışımı yayda soyuducuda saxlamaq lazımdır ki, xarab olmasın. Qarışım bitdikdə yenisi düzəldib davam etmək lazımdır. Yaxşı olar ki, bu qarışımı bir ay istifadə etdikdən sonra bunu dayandırıb başqa bir qarışımdan istifadə edəsiniz. Sonra yenə bunu bir aylıq başlayasınız. Yəni ki, orqanizmi hər cür təbii vasitələrə alışdırmaq və onlar istifadə etmək məsləhət görülür. Allah şifanızı versin!

 

Teqlər: Limon, Darçın, Şəkərli diabet

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun