F12 School - Kompüter Kursları

Limon və faydaları

Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir.
C vitamininin immunitet sistemi, ürək damar sağlamlığı və xəstəliklərdən daha tez xilas olmaq üçün nə qədər əhəmiyyətli bir vitamin olduğunu hamımız bilirik.

Qabığı soyulmuş bir ədəd limon yemək, gündəlik C vitamini ehtiyacının yarısını qarşılayır.

Limonun inanılmaz faydaları:
Xəstəlik yeni çıxmış və ya əməliyyat keçirən insanlarda iştahı artırır.
Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır.
Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir.
Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır.
Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır.
Dırnaqları ağardır və möhkəmləndirir.
Qanın dövrünü və tərkibini yaxşılaşdırır.
Saçların sağlamlaşdırılmasına kömək edir.
Hamilə qadınlarda toksikoz zamanı ürəkbulanmaların qarşısını alır.
Qan damarlarını xolesterindən təmizləyir.
Avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur.
C vitamini ilə zəngindir.
Qaraciyəri və bağırsaqları təmizləyir.
Sərbəst radikallara qarşı qoruma təmin edir.
Beyin sağlamlığını qoruyar.
Antibakterial təsir göstərir.
Antioksidantdır.
Yüksək təzyiqi normallaşdırır.
Göz sağlamlığını qoruyur.
Kalsium, dəmir, fosfor və digər minerallarla zəngindir.
Ağız sağlamlığını qoruyur.
Qripə qarşı bədəni gücləndirir.
Dəri üzərindəki infeksiyanın qarşısını alır.
Dəriyə parlaqlıq verir.
Qaşıntını aradan qaldırır.
Kəpəyi azaldır.
Həzmə Köməkçi olur.


Ərzağın xüsusiyyətləri

Kalori (kkal): 16

Zülal (qr): 0.9

Yağlar (qr): 0.1

Karbohidratlar (qr): 3.0


Teqlər: Limon, Şəkərli diabet

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun