Quş ətləri
Qaz əti
Qaz əti öz xüsusyiyytətinə görə ördək ətinə yaxındır. Yumurtası gec həzm olunur. Arıqlıq, öskürək və sinə ağrısı hallarında yumurtasını ilıq bişirib yemək yaxşı təsir göstərir.
Ördək əti
Ördək əti bədənə istilik və quruluq verir, insanı kökəldir, səsi saflaşdırır, qan yaradır, lakin gec həzm olunur və başağrısı törədir. Bu cəhətlərini zərərsizləşdirmək üçün sirkə, iskəncəbi və isti ədviyyatlarla yemək məsləhətdir.
Ördək piyi qiymətli piylərdən hesab olunur, istilik verir, öskürək zamanı faydalıdır. Lətif, yumşaldıcı xassəyə malikdir və dəriyə tez təsir edir. Paxla unu ilə təpitməsi difteriya və döş şişi hallarında müsbət təsir göstərir. Ördəyin qara ciyəri qan yaradır və ürək döyüntüsü hallarında xeyirlidir.
Toyuq əti
Toyuq əti bədənə istilik və quruluq verir. Toyuq ətinə nisbətən xoruz ətinin istiliyi az, qurluğu çoxdur. Həll bişmiş toyuq əti orqanizm tərəfindən daha rahat və yaxşı həzm olunur. Lətifdir və qan yaradıcı xüsusiyyətə malikdir.
Beçə əti daha faydalıdır, amma kök fərənin də istiliyi çoxdur. Beçə əti sperma yaradır və onu saflaşdırır. Cücə əti isə adamı kökəldir, üzün rəngini yaxşılaşdırır və beyinin fəaliyyətini gücləndirir. Yağda bişirilmişi quru öskürək üçün faydalıdır. Beynini bişirib yemıək zehin üçün faydalıdır, qara ciyərinin bişmişi bədəni kökəldir. Toyuq çinədanının pərdəsi mədə ağrısı üçün xeyirlidir. Toyuq ətinini süd, qurut, qatıq ilə yedikdə qukunc yaradır.
Teqlər: toyuq, soyuqdəymə, mədə, qan, xoruz, qan təzyiqi, öskürək, pəhriz, ördək, qaz