Mal və Keçi ətləri
Mal əti
Mal əti həm qida maddəsi kimi, həmdə müalicə-profilaktika baxımından faydalıdır. Birillik dana əti daha keyfiyyətli olur. Bir yaşdan yuxarı mal əti bədənə istilik, quruluq verir və həmdə gec həzm olunur. Onu həll bişirrən zaman, sirkə, iskəncəbi və lətif ədviyyatlardan, həmçinin darçın qatmaq məsləhətdir.
Mal əti bədəni qüvvətləndirir və kökəldir. Bu səbəbdən də onu pəhriz məqsədilə istifadə etmək olar. Mal əti sidikqovucu təsirə malikdir və baş ağrıları zamanı faydalıdır. Mal budunun iliyini dəriyə sürtmək xarici şişləri yatırır.
Keçi əti
Keçi əti bədənə soyuqıuq verir. Onunla təzə meyvə, turşu yemək məsləhət görülmür. Altı aylıq çəpişin əti lətif olur və onunla qidalandıqda qan təzyiqini aşağı salır. Onun böyrəyinin ortadan bölüb içinə kükürd tozu səpir, sonra qatlayıb kabab bişirir və suyunu dəridəki çilləri təmizləmək üçün sürtmə dərman kimi istifadə edirlər. Keçi piyiağrıları sakitləşdirir, soyuqdəymə hallarında müsbət təsir göstərir. Çəpişin kəlləsinin dərisi isti başa qoymaq sinir sitemini və zehni qarışıqlıq hallarında çox faydalıdır.
Teqlər: soyuqdəymə, qan təzyiqi, mal əti, keçi əti, pəhriz