F12 School - Kompüter Kursları

Dəvə və qoyun ətləri - Yaşıl Yarpaq

Dəvə və qoyun ətləri

Qoyun əti

Qoyun əti bədənə istilik gətirir, yaxşı mənimsənilir, bədəni kökəldir, qan əmələ gətirir, daxili orqanları, o cümlədən ürək, böyrək və qara ciyərri möhkəmləndirir. Birillik, ikiillik yaölı qoyunun əti daha faydalıdır. Yaşlı qoyunların əti bərk olur, çətin həzmə gedir və xırtlar əmələ gətirir.

Boyunun və budun əti daha xeyirlidir. Vaxtaşırı qoyun ətinin həll bişirilmiş bozbaşını yemək arıqlıq, zəiflik zamanı faydalıdır. Ürəkgetmə və zəiflikdən törəmiş ürək döyüntüsü hallarının qarşısını alır. Təzə kəsilən kimi qoyun piyini isti-isti yemək öskürək, sinə ağrısı, astma,şəkərli diabet zamanı müsbət təsir göstərir. Ödünü dəri üzərinə sürtdükdə dəridəki ləkələri, çapıq izlərini aparır. Cismani zədələr aldıqda təzəcə soyulmuş isti qoyun dərisinə bükülmək məsləhətdir. Qoyunun yunu istilik və quruluq verir, qara qoyunun yunu daha faydalıdır.

Dəvə əti

Dəvə ətlərində, iki yaşa qədər köşəyin əti daha qiymətli hesab olunur. O bədənə istilik, quruluq verir, orqanları və cinsi fəaliyyəti qüvvətləndirir, sarılıq, şəkərli diabet hallarında faydalıdır. Çox yedikdə öd xəstəliyi, qəliz xıltlar törədir. Dəvənin ağ ciyərinin isti təpitməsi üzdəki ləkələri aparır.


 

Teqlər: Şəkərli diabet, həzm, cinsi zəiflik, öd kisəsi, çapıq, sarılıq

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun