Babasilin xalq təbabəti ilə müalicəsi
Xalq təbabətində babasilin müalicəsi üçün bir çox üsul və reseptlər mövcuddur. Bunlar bitki çayları, vannalar, dəmləmələr, kompresslər, mazlar şəklində tətbiq edilir.
Biyan kökü çayı
- 1 xörək qaşığı doğranmış biyan kökü+250 ml su.
Biyan kökünün üzərinə qaynar su tökün, su hamamında 30 dəqiqə qaynadın. Daha sonra kənarda soyudun və süzün. Gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl isti şəkildə 100 ml için.
Hemorroyun xalq təbabəti ilə müalicəsi zamanı kövrək murdarça (kruşina) çayı
- 1 xörək qaşığı quru murdarça qabıqları+250 ml su
Qabıqların üzərinə su töküb 20 dəqiqə qaynadın. Soyuduqdan sonra süzün. Gecə 1/2 stəkan yüngül işlədici kimi için. Təzə qabığı istifadə etmək olmaz. Qabıq 1-2 illik və qurudulmuş olmalıdır. Digər düz bağırsaq xəstəlikləri zamanı, məsələn, yoğun bağırsağın iltihabında və hamiləlik dövründə istifadəsi əks göstərişdir.
Adi başınağacı zoğları (korı kalinı) çayı
4 çay qaşığı doğranmış zoğlar+200 ml su
Zoğların üzərinə qaynadılmış su tökün və 30 dəqiqə qaynadın. Soyudun. Babasil xəstəliyi, babasil qanaması zamanı gündə 3 dəfə yeməkdən öncə 1 xörək qaşığı qəbul edin.
Babasilin xalq təbabəti ilə müalicəsi zamanı istifadə edilən bitkilərin illər boyu şəfalı təsirləri müşahidə edilmişdir. Lakin bəzi bitkilərə allergik reaksiyalar varsa, onların tətbiqi tövsiyə edilmir.
Teqlər: vitamin, xurma, fosfor, süd, dəmir, babasil, kokteyl, mineral, B1, B2, B3, B6, B12, fosfor, kalsium, dəmir, kalium, magnezium, kalsium, biyan kökü, başınağacı