Xurma kokteyli
Hazırlanılma qaydası da sadədir: 3-4 ədəd (çox quru olmasın) xurmanın qabığı soyulur, çəyirdəyi çıxarılır və 1 ədəd banan 1 stəkan südün içərisinə əlavə olunub blenderlə qarışdırılır.
Xurmanın tərkibindəki bütün minerallar və vitaminlər hamısı çox faydalıdır.
Xurmanın daxilində olan zülal, karbohidrat, yağ, əhəmiyyətli mineral elementlərdən olan fosfor, kalsium, dəmir, kalium, magnezium, həmçinin A və B qrup vitaminləri (B1, B2, B3, B6, B12) südün tərkibinə keçir, uşaqlar və yaşlılar üçün faydalıdır.
Həmçinin, xurmadakı şəkər qanda şəkərin miqdarını artıran qlükoza deyil, orqanizmin aktivliyini gücləndirən, onu hərəkət və bol miqdarda istilik enerjisi ilə təmin edən, asanlıqla mənimsənilən fruktozadır. Elə bu səbəbdən də istənilən miqdarda xurma istehlakı orqanizmə artıq çəki (piylənmə) problemi yaratmır. Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir edərək, bağırsaqların fəaliyyətini tənzimləyir. Süd, banan ilə birlikdə kalsium ehtiyacı da ödənmiş olur.
Teqlər: vitamin, xurma, fosfor, süd, dəmir, kokteyl, mineral, B1, B2, B3, B6, B12, fosfor, kalsium, dəmir, kalium, magnezium, kalsium