Albalı - Alma - Balqabaq şirələri
Albalı (vişnə) şirəsi. Albalı şirəsinin faydaları və faydalı xüsusiyyətləri onun kimyəvi tərkibində var. İçki bədənə analjezik və antispazmodik kimi təsir göstərir.
Həm də antipiretik və antiinflamatuar təsirlərə malikdir. Albalı şirəsi sakitləşdirici və bakterisid təsirə vardır.İçkinin həm də antioksidan xüsusiyyəti vardır. İçki yaşlanma proseslərinə müqavimət göstərir və xərçəng riskini azaldır. Müntəzəm qaydada istifadə etdikdə maddələr mübadiləsi normallaşır və sinir sistemi yaxşılaşır ki, bu da öz növbəsində yuxusuzluğun öhdəsindən gəlməyə, yaddaşı yaxşılaşdırmağa və stressdən qurtulmağa kömək edir. Susuzluğu, qan təzyiqini və öd şiddətini yatırır. Ürəkbulanmaya qarşı təsirlidir. Albalının şirəsini çıxarıb yüngül od üzərində azacıq qatılaşdırıb istifadə edirlər. Albalı şirəsi ürək-damar sisteminin fəaliyyətinə faydalı təsir göstərir, çünki o, qan damarlarının divarlarını gücləndirir, onları daha elastik edir. O, həmçinin qanın laxtalanmasını yaxşılaşdırır, hemoglobini artırır və aterosklerozun inkişafına müqavimət göstərir.
Albalı şirəsinin hazırlanması qaydası:
Ev şəraitində albalı suyu hazırlamaq asandır. Şirəni hazırlamaq üçün reseptə uyğun olaraq, 300 q albalı və 200 ml su götürməlisiniz. Giləmeyvələri mümkün qədər yetişmiş olmalıdır ki, onların dadı şirin olsun, bu halda şəkərdən istifadə etmək lazım gəlməyəcək. Albalı təmiz və xarab olmamalıdır. İlk öncə toxumları və sapları çıxarmağa başlayırıq. Giləmeyvəni bir şirəçəkənə qoyulmalı və təbii şirəsi alınmalıdır, onu yarım stəkan su ilə qarışdırmaq lazımdır. Şirəçəkəndə qalan püresini isə su ilə qarışdırıb yenidən şirəçəkəndən keçirin. Əgər şirəçəkən yoxdursa, onda bu giləmeyvələri, mətbəx sürtgəci və ya çəngəllə əzib cuna ilə sıxıb şirəsini çıxartmaq olar.
Balqabaq şirəsi. Ödlə əlaqədar hərarət, öksürək və yanğı hallarında münasib sayılır. Balqabaq şirəsi immunitet sistemini qorumaq üçün əvəzolunmaz içki hesab olunur. Onda orqanizmin zərərli bakteriya və viruslardan qorunmasında mühüm rol oynayan maddələri cəmləşir. Balqabaq suyu qan laxtalanmasına qarşı vacib olan nadir K vitamini ilə zəngindir. Tərəvəzdə olan pektin və lif tərkibinə görə mədə və bağırsaqların fəaliyyəti yaxşılaşır. Balqabağı arpa unundan hazırlanmış xəmirə büküb, bir gecə təndirdə saxlayırlar və ertəsi günü arxasını deşib suyunu çıxarırlar. Bir qədər qatı dəvətikanı şirəsi əlavə edib 100 qr. içirlər.
Balqabaq şirəsinin hazırlanma qaydası:
Balqabağı soyun və onu kiçik kublara bölün və ya adi bir mətbəx sürtgəcində ilə sürtgəcdən keçirin. Sudan və şəkərdən şərbət hazırlayın və doğranmış balqabaq parçalarını onun içinə tökün. Balqabağı aşağı istilikdə təxminən 15 dəqiqə bişirin. Əsas onu çox qaynamaqdan qorumaq lazımdır ki, içindəki xeyirli maddələr itməsin. Deyilən vaxtdan sonra ocağı söndürün və balqabağı soyumağa qoyun. Otaq istiliyinə çatdıqda onu ələkdən keçirin. Yaranan balqabaq püresi şərbət ilə bir qazana qoyun. Ona təzə sıxılmış limon suyu əlavə edin. Hazırlanmış balqabaq içkisini bir daha təxminən 15 dəqiqə yenidən qaynadırıq. Vaxt tamam olduqdan sonra sonra onu sterilizasiya olunmuş bankalara töküb qapaqla bağlayırıq. Balqabaq şirəniz hazırdır. Nuş olsun!
Alma şirəsi. Ürəyi qüvvətləndirir, qan təzyiqini aşağı salır.. Ürəkbulnma və mədə pozğunluğuna qarşı münasibdir. Həmçinin, bu meyvədə dəmir var, bu da qan azlığı olan insanlar üçün çox münasibdir. Kalsium da bu meyvənin bir hissəsidir, o da sümükləri, saçları və dırnaqları gücləndirir.
Həzrət Əli (ə) buyurub ki; əgər almada olan xeyiri bilsəydiniz, bütün xəstəliklərinizi bu meyvə ilə müalicə edərdiniz.
Bu meyvənində şirəsini əldə etmək qaydası, yuxarıda balqabağın şirəsini hazırlanma qaydası ilə eynidir. Nuş olsun!
Teqlər: alma, albalı, vişnə, şirə, balqabaq, öksürək, ürəkulanma, qan təzyiqi, xərçəng, qocalma