F12 School - Kompüter Kursları

Cəfəri - Limon - Sarımsaq qarışımı

Cəfəri - Limon - Sarımsaq qarışımı

Bu gün sizlərə türk kimya professoru, biokimyaçı, mikrobioloq İbrahim Adnan Saraçoğlunun qaraciyər piylənməsi və damar tıxanmasına qarşı tövsiyə etdiyi bir qarışım haqda məlumat verəcik.

Bu qarışımın çox gözəl bir müalicə təsiri var. Mən özümdə bu qarışımı istifadə etdikdən sonra özümdə yaxşılığa doğru bir hal hiss etdim və bu qarışımı professrumuzun dediyi kimi, ildə bir üç dəfə qəbul etməyi planlaşdırıram. İn Şə Allah ki, bizlərdə bu qarışımdan faydalanarıq. Allah professor İbrahim Saracoğlundan da razı olsun ki, bu tip qarışımları insanların şifası üçün hazırlayıb paylaşır. Yeri gəlmişkən bizdə də bu tip həkimlərimiz mövcuddur. Buna misal olaraq Fizuli Hüseynov həkimidə göstərmək olar.


Beləliklə bu qarışımın faydaları haqda məlumat verək və sonra hazırlanması qaydasına keçərik.

  1. Depresiyaya qarşı faydalıdır
  2. Qaraciyər metabolizmasını gücləndirir
  3. Hepatit B-yə qarşı faydalıdır
  4. Cildimizə gözəllik verir
  5. Cavanlaşdırır
  6. Sidikqovucu xüsusiyyətə malikdir
  7. Damar tıxanmasına qarşı xeyirlidir
  8. Tənginəfəsliyi aradan aparır

Gördüyünüz kimi bu qarışımın, insan vücudu üçün önəmli xeyirləri var. Bu səbəbdən də deyərdim ki, bunu sağlam insanlarda profilaktika nəzəri ilə istifadə etsələr yaxşı olar. Ona görə ki, qaraciyər özünü büruzə verməyən xəstəliklərlə insanı haqlayır. Beləliklə bu qarışımın hazırlanma qaydası və istifadə qaydası.

Qarışımın hazırlanması üçün tərkibi:

  1. On beş ədəd cəfəri saplağı ilə birlikdə
  2. Bir ədəd limonun şirəsi
  3. Bir diş sarımsaq
  4. Bir stəkan su (150-170 qr.)

Hazırlanma qaydası:

Yuxarıda deyilən sayda cəfəriləri, bir ədəd limonun şirəsini və bir diş sarımsağı blenderin içərisinə ataraq, bir stəkan su (150-170 qr.) əlavə edib blenderi işə salırıq. Bu qarışım su kimi içməli hala gələnə kimi blenderdə qarışdırırıq. Diqqət etməlisiniz ki, içərisində olanlar, əsas da sarımsaq tam kürü halına gəlsin. Bundan sonra qarışımı bir stəkana tökərək onu səhər yeməkdən 15-20 dəqiqə əvvəl ac qarnına içmək lazımdır. 

İstifadə qaydası:

Bu qarışım 27 gün içilməlidir. Deməli birinci üç günü bu qarışımı sarımsaqla hazırlanıb içilir, İkinci üç günü sarımsaqsız, yalnız cəfəri, limon şirəsi və su ilə hazırlanıb içilir. Üçüncü üç günü yenədə birinci gündə ki, kimi sarımsaqla hazırlanıb içilir. Bu qayda ilə 9 gün içildikdən sonra, bir 3-5 gün ara verib yenidən bu qayda ilə hazırlanıb 9 gün yenə içilir. Sonra yenə 3-5 gün ara verilib 9 gün içildikdən sonra bir müddət, yəni hardasa bir dörd aydan sonra yenə bu qarışımı istifadə etmək olar. Bu qayda ilə istifadə etsək, ildə üç dəfə bu qarışımdan faydalana bilərik.


Allah şifanızı versin.


 

Teqlər: Limon, qara ciyər, sarımsaq, cəfəri, damar tutulması, xolestrol, sidkqovucu, tənginəfəslik, cavanlaşma, cild gözəlliyi, hepatit b

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun