Gözün nurunu qoruyaq
Göz insanda Allahın nəsib etdiyi saysız-hesabsız nemətlərindən yalnızca biridir. İnşəAllah bir dəfə də gözün insan həyatı üçün nə qədər önəmli olduğu haqda sizlərə məlumat verərik. İndi isə şəriətimizdə olan rəvayətlərdə, gözün nurunu artıran və azaldan əməllər haqqında bilgiləri sizlərlə paylaşırıq.
Gözün insan orqanizimdə olan fəaliyyəti əvəzolunmazdır. Ona görədə, onun fəaliyyətini qoruyub saxlmaq bizim həyatımız üçün önəmlidir. İndi gözümüzün fəaliyyətini çoxaldıb və ya azaldan əməllərin bir neçəsi ilə sizləri tanış edirik.
Gözün nurunu artıran əməllər:
- Quranı üzündən oxumaq.
- Kündür yemək.
- Heyva yemək.
- Sarı rəngdə ayaqqabı geyinmək.
- Sürmə çəkmək.
- Həna ilə xizab etmək.
- Başın tükünü dibindən qırxmaq.
- Misvaq istifadə etmək.
- Soğan yemək.
- Yeməkdən əvvəl və sonra əlləri yumaq.
- Duzla mərzə yemək.
- Qoz ilə qaradənə yemək.
- Ət yemək.
- Yaşıl bitkilərə baxmaq.
- Axar suya və dəniz suyuna baxmaq.
- Gözəl simaya baxmaq.
- Gecə namazı qılmaq.
- Cümə axşamı dırnaqları tutmaq.
- Ayətəl kürsünü oxumaq.
Gözün nurunu azaldan əməllər:
- Qoltuqaltı tükləri dartmaq.
- Başın tüklərini çoxaltmaq.
- Qara ayaqqabı geyinmək.
Gözünüzü qoruyun və özünüzdən muğayat olun. Allah şifa versin.
Teqlər: göz, həna, kündür, mərzə, gözün nuru, misvaq, sürmə, soğan, gecə namazı, ayətəl kürsü