Yemək zamanı və sonra əlləri yumaq
Dinimizdə və mədəniyyətimizdə yeməyə oturmadan əvvəl və yeməkdən qalxdıqdan sonra əlləri yumaq təkidlə tövsiyə edilir. Yeməyə Bismillahla başlamağın xüsusi savabı vardır.
Ümumiyyətlə, hansı iş Allahın adı ilə başlasa, xeyirli və bərəkətli olar.
Zəmanəmizin hal-hazırda üzləşdiyi bir çox xəstəliklərdə buna əsas verir ki, insan öz gigiyeniyasına diqqət yetirsin. İndi bütün dünya əllərin tez-tez yuyulmasını israrla təkid edir. Amma dinimiz bunu bizə hələ 1400 il əvvəl buyurmuşdu. Ona görədə hər zaman yeməyə oturmazdan əvvəl və sonra əllərinizi yumağı özünüzə adət etdirin.
İmam Əlidən (ə) rəvayət edirlər ki, hər kim yeməyə Allahın adı ilə başlasa və Allahın həmdi ilə bitirsə, yediyi nemət barədə sorğu-suala tutulmaz.
Peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurub: Yeməkdən əvvəl əlləri yumaq kasıbçılığı və yeməkdən sonra əlləri yumaq isə qəm-qüssəni aradan aparar. İmam Məhəmməd Baqir (ə) buyurub: Yeməkdən əvvəl və sonra dəstəmaz almaq (və ya yumaq) kasıbçılığı aradan aparır.
İmam Sadiq (ə) deyirdi: Kim yeməkdən avvəl və sonra əllərini yuyarsa ruzisi və bərəkəti artar.
Bu həzrətdən bir rəvayətdə də buyurulur ki, o şəxs ki, yeməkdən əvvəl və sonra əllərini yuya, onun yaşayışı artar və xəstəliyi olmaz.
Yenədə imam Sadiq (ə) buyurub: Yeməkdən əvvəl və sonra əlləri yumaq ömrü uzadır, paltardan gələn pis qoxunu aradan aparır və gözü işıqlandırır.
Teqlər: Hədis, əlləri yumaq, ruzi, xəstəlik, kasıbçılıq, ömrün uzanması