Mərcimək və faydaları
Mərcimək istilik və soyuqluq baxımından orta vəziyyətdədir və bədənə quruluq verir. Qaynanmış suyu mədə yumşaldıcı xüsusiyyətə malikdir. Öskürək, sinə ağrısı, ağız yarası və boğaz ağrısı üçün faydalıdır. Sirkə ilə bişirilmişi köpmə vermir və mədəni möhkəmləndirir.
Onu çox yemək görmə qabiliyyətinə ziyandır, qanı xarab edir və sidik yolları üçün qeyri-münasibdir. Zərərli cəhətlərini islah etmək üçün onu küncüt yağı və çuğundur yarpağı ilə bişirmək və ya yerkökü, ət və sirkə ilə istifadə etmək məsləhətdir. Mərciməyi çiy yumurta ilə qatıb təpitmə kimi istifadə etmək dəri üzərindəki çatları yox edir. Bal ilə təpitməsi yaraları, kələm ilə təpitməsi isə döş şişi və süd bərkiməsi hallarında faydalıdır. Gül yağı ilə təpitməsi isə şişlər üçün xeyirlidir.
Teqlər: mədə, boğaz ağrısı, sinə ağrısı, şiş