Noxud - xeyiri və faydası
Noxud bədənə istilik və quruluq gətirir, ana südünü artırır və sinəni möhkəmlədir. Bədəni istiləşdirir və təmiz qan yaradır. Araşdırmalara görə paxlalı bitkilərin ən yaxşısı noxuddur. Sidikqovucu və tərqovucu xüsusiyyətə malikdir. Noxudun qaynadılmış suyu sinə ağrısına, təzə süd ilə içdikdə boğaz quruluğuna və səs tutulmasına xeyirdir.
Mədə qurdunu təmizləmək üçün səhər-səhər acqarnına, yalnız bir gecə sirkədə isladılmış noxuddan başqa bir şey yemirlər. Qaynanmış qara noxud böyrək üçün faydalıdır. Nəcisqovucudur və mədə qazını azaldır. Onunla bədəni sürtmək qaşınmaya qarşı yaxşı təsir göstərir və üzün sarılığını aparır. Təzə göy noxudu əzib suyunu çıxarırlar və damaq şişi və diş ağrıları zamanı onunla qarqara edirlər.