Pomidorun faydaları
Pomidorun qabığında çok dəyərli bir maddə olan "Likopen" var. Bu maddə özü pomidora qırmızı rəng verən bir maddədir. Likopen maddəsi çox dəyərli bir antioksidan olaraq, vücudumuzda xərçəng və şişlərin əmələ gəlməsini və çoxalmasının qarşısını alır. Likopen maddəsi isti halda təsir qüvvəsi dahada artar və vücudumuz onu daha rahat şəkildə mənimsəyə bilir.
Yəni bişmiş pomidor, çiy pomidordan 30 dəfə çox likopen maddəsini bədənimizə ötürə bilir. Pomidoru bu geniş təsiri üçün onu çiy yeməklə yanaşı, həmdə onu qaynadaraq, tomat pastası və yumurta-pomidor kimi yeməkdə fayda var. Çalışın mövsümdə təbii yetişmiş pomidorlardan həm çiy və həmdə bişmiş halda çox yenin. Nuş olsun!
Teqlər: Ürək-damar, qan təzyiqi