F12 School - Kompüter Kursları

Çiyələk haqda məlumat

Çiyələk haqda məlumat

Çiyələk maraqlı meyvədir ki, orta əsr mənbələrində bu bitkinin adı Azərbaycan dilində işlənən çiyələk sözü ilə verilmişdir. Azərbaycanda yabanı halda bitir və becərilir. Farslarda bu meyvəni çiyələk kimi adlandırırlar. Bədənə soyuqluq və rütubət verir. Meyvəsi dadlı və ətirlidir, ürəyi möhkəmlədir və bədəni rütubətləndirir.

Beyinə qüvvət verir və ürək döyüntüsü zamanı xeyirlidir. Öd kisəsi və dəri xəstəlikləri zamanı faydalı dərman kimi istifadə edirlir. O qanı təmizləyir və qanın rəngini yaxşılaşdırır. Mədəni yumşaq saxlayır və həzmə kömək edir. Quru öksürək, babasil bə qaşınması olanlar üçün xeyirlidir.

Kökümsovu yel və böyrək daşı xəstəliklərinə qarşı istifadə olunur. Çiyələk də tut meyvəsi kimi şəkərli diabet xəstələri üçün zərərli deyil. Qan-damaq sistemində pozulma olanlar üçün çiyələk yemək tövsiyə edilir. Bəzi insanlar onu yedikdə, bədənində səpişik əmələ gətirir.


 

Teqlər: Şəkərli diabet, Ürək-damar, öd kisəsi, qan-damar

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun