F12 School - Kompüter Kursları

Xiyarın faydaları

Xiyarın faydaları

Xiyar bədənə soyuqluq və rütubət verir. Öd şiddətini və qan təzyiqini azaldır. Susuzluğu yatırır və sidikqovucu təsiri vardır. Baş ağrısı və ürək döyüntüsü zamanı faydalıdır. Böyrək daşının yaranması əleyhinə istifadəsi xeyirlidir. Mixəyi xiyar suyunda bir gün saxlayıb, sonra çıxarıb bal şərbəti ilə içirlər.

Bunu bir müddət davam etdirdikdə, üzün rəngini yaxşılaşdırır. Xiyar tumu sidikqovucudur, qara ciyər şişi, dalaq və sinə ağrısı hallarında faydalı sayılır. Xiyarı iyləmək və ya kəsib dilimini alına sürtmək, başağrısını sakitləşdirir.

Suyunu damla-damla buruna tökmək və ya iyləmək, əzginli, yuxusuzluq və hövsələsizliyə qarşı yaxşı təsir göstərir. Təzə xiyarın qabığını suda qaynadıb sarılıq xəstəliyinə qarşı üç gün müntəzəm işlədirlər. Xiyardan hazırlanan təpitmə şiş, dəri çatlaması, ekzema hallarında istifadə olunur. Onu döyüb təpitmə halında dəri üzərinə qoymaq qaşınmaya qarşı faydalıdır və dərini yumşaldır.


 

Teqlər: sidikqovucu, susuzluq, xiyar, qan təzyiqi, ürək döyüntüsü, ekzema

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun