Badımcanın faydaları
Badımcan hələ islamdan qabaq vətəni Hindistandan Azərbaycana və İrana gətirilib. Meyvəsi qida maddələri ilə zəngin olmadığına görə, ondan arıqlamaq məqsədilə istifadə edirlər. Badımcanı soyub doğrayıb, duzlayıb və acılığı ilə zəhərliliyi olmaması üçün bir müddət suda saxlayır, sonra həmin suyu atırlar.
Badımcanı təzə ərinmiş yağda və ya kərə yağında bişirmək məsləhətdir. Köhnə yağda bişirmək məsləhət görülmür. Badımcan mədəni qüvvətləndirir, bədəni pis qoxusunu çıxarır. O damarların açılmasına kömək edir, üz rəngini yaxşılaşdırır.
Bir qədər yumşaldıcı və bir qədədr də sidikqovucu xüsusiyyətə malikdir. Onun turşusu mədə-bağırsağı təmizləyir. Əlləri tez-tez tərləyənlər üçün, onun qara qabığının suyu xeyirlidir. Bunun üçün badımcanın qabığını döyüb ələ sürtürlər və ya onu əldə saxlayırlar. Yetişmiş, tumsuz və qələmi növ badımcan daha yaxşı hesab edilir.
Badımcan aşağı kalorili məhsuldur, lakin onun tərkibində B vitaminləri, C vitamini, PP və karotin, həmçinin kalium, dəmir, kalsium, maqnezium, natrium və fosfor kimi orqanizm üçün vacib minerallar var. Badımcan xolesterinin əmələ gəlməsinin qarşısını alır. Bu meyvələr yaşlılar üçün çox faydalıdır, onlar terapiyada və ödem ilə müşayiət olunan ateroskleroz, ürək-damar xəstəliklərinin qarşısının alınması üçün yaxşıdır.
Badımcanın tərkibindəki C vitamini orqanizmi infeksiya və soyuqdəymədən qoruyur. B vitaminləri sinir sistemini mükəmməl şəkildə gücləndirir, yuxusuzluqdan və depressiyadan qurtulmağa kömək edir. Badımcan dəri üçün faydalıdır, çünki tərkibindəki nəmi saxlamağa kömək edir və buna görə də qırışlardan xilas olur. Meyvələrin zəngin olduğu faydalı maddələr toxumaların bərpasına, dərinin isə kiçik yaralardan qurtulmasına kömək edir.
Mavi meyvələrin tərkibində dəmir, sink və manqan olduğu üçün qan azlığı üçün göstərişdir və xüsusilə damar sistemi və ürək problemi olanlar üçün faydalıdır. Şəkərli diabet və insultdan sonra ciddi pəhrizdə badımcanlara icazə verilir.
Siqareti atmaq qərarına gəlmisinizsə, onda badımcan sizə lazım olan şeydir. Meyvələrdə yüksək miqdarda vitamin PP (nikotinik turşu) olduğuna görə badımcan nikotin asılılığından qurtulanlar üçün çox tövsiyə olunur, çünki o, orqanizmin bu dönəmini daha asan keçməsinə kömək edir.
Teqlər: Şəkərli diabet, qan azlığı, yuxusuzluq, badımcan, VitaminC, PP karotin, B vitamini, depresiya