F12 School - Kompüter Kursları

Çiyələk haqda məlumat

Çiyələk haqda məlumat

Çiyələk maraqlı meyvədir ki, orta əsr mənbələrində bu bitkinin adı Azərbaycan dilində işlənən çiyələk sözü ilə verilmişdir. Azərbaycanda yabanı halda bitir və becərilir. Farslarda bu meyvəni çiyələk kimi adlandırırlar. Bədənə soyuqluq və rütubət verir. Meyvəsi dadlı və ətirlidir, ürəyi möhkəmlədir və bədəni rütubətləndirir.

Xiyarın faydaları

Xiyarın faydaları

Xiyar bədənə soyuqluq və rütubət verir. Öd şiddətini və qan təzyiqini azaldır. Susuzluğu yatırır və sidikqovucu təsiri vardır. Baş ağrısı və ürək döyüntüsü zamanı faydalıdır. Böyrək daşının yaranması əleyhinə istifadəsi xeyirlidir. Mixəyi xiyar suyunda bir gün saxlayıb, sonra çıxarıb bal şərbəti ilə içirlər.

Limon və faydaları

Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir.
C vitamininin immunitet sistemi, ürək damar sağlamlığı və xəstəliklərdən daha tez xilas olmaq üçün nə qədər əhəmiyyətli bir vitamin olduğunu hamımız bilirik.

Badımcanın faydaları

Badımcanın faydaları

Badımcan hələ islamdan qabaq vətəni Hindistandan Azərbaycana və İrana gətirilib. Meyvəsi qida maddələri ilə zəngin olmadığına görə, ondan arıqlamaq məqsədilə istifadə edirlər. Badımcanı soyub doğrayıb, duzlayıb və acılığı ilə zəhərliliyi olmaması üçün bir müddət suda saxlayır, sonra həmin suyu atırlar.

Xurma meyvəsi

Xurma – o qidalardandır ki, Ramazan ayı gələn zaman iftar süfrələrinə bəzək verər. Bu meyvə Peyğəmbər (s) və Məsum İmamların (ə) ən çox sevdiyi meyvələrdən olmuşdur. Bəs xurmanın min dərdə dərman olduğunu bilirsinizmi? Xurma baş nahiyəmizdən başlamaqla bədənimizin bir çox orqanına gözlə görüləcək qədər təsir edir. Məsələn beynimizin fosfora ehtiyacı var. Bu da xurmada bol miqdarda var. Mədəyə, ürəyə, gözlərə, kirpiklərə hətta dəcəl uşaqlar üçün də xeyirlidir.

  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun