Zəy və xüsusiyyətləri
Zəy isti və qurudur, həmçinin zəhərlidir. Yanmışı daha yaxşıdır. Keşniş suyu ilə dəriyə sürtmək qızartı, qaşınma və gizilti hallarında faydalıdır. Toz halında qanaxmaya qarşı işlənir. Bal ilə babasil və qulaq yarası zamanı tövsiyyə edilir və çirki təmizləyir. Sirkəyə qataraq qarqara etmək, boğaza yapışmış zəlini qopardır.
Zəy ayaqlarda göbələk xəstəliyi zamanı da çox yaxşı müalicəvi effekt verir. Hər gün yatmazdan əvvəl zəy əlavə olunmuş ayaq vannaları edin. Zəy sağalmayan yaraların, varikoz xəstəliyi nəticəsində əmələ gəlmiş xoraların müalicəsində istifadə olunur. Bunun üçün islatmalar və ayaq vannaları istifadə olunur.
Zəy angina, stomatit, damaq iltihabları zamanı iltihab və mikrobəleyhinə vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1 stəkan isti suda 1/2 çay qaşığı zəy tozu həll etmək və bu məhlulla gün ərzində tez-tez qarqara etmək lazımdır.
Teqlər: zəli, göbələk, babasil, qulaq ağrısı