Tərxunun faydaları
Tərxun bədənə istilik verir, mədəni möhkəmləndirir, iştaha gətirir, acqarına yemək ağızı bir qədər keyləşdirir. İnfeksiyayaqarşı təsirli vasitə hesab edildiyinə görə, vəba və taun xəstələrinin yayılmasına qarşı keçmişdə tərxundan çox istifadə edərdilər. Çeynəmək ağız yarası zamanı faydalıdır və ağızın qoxusunu ətirli edir.
Mədə ağrısı, yel xəstəliyi və əsəbdən yaranan ağrıları sakitləşdirmək üçün tərxun istifadə edilməsi xeyirlidir. Adətən bunun üçün 25-30 q. toxumunu 1 litr suda qaynadıb istifadə edirlər. Tez-tez yemək qan üçün ziyandır, cinsi fəaliyyətə mənfi təsir göstərir.
Teqlər: ağı yarası, iştaha, infeksiya, vəba, taun, mədə ağrısı