F12 School - Kompüter Kursları

Tərxunun faydaları

Tərxunun faydaları

Tərxun bədənə istilik verir, mədəni möhkəmləndirir, iştaha gətirir, acqarına yemək ağızı bir qədər keyləşdirir. İnfeksiyayaqarşı təsirli vasitə hesab edildiyinə görə, vəba və taun xəstələrinin yayılmasına qarşı keçmişdə tərxundan çox istifadə edərdilər. Çeynəmək ağız yarası zamanı faydalıdır və ağızın qoxusunu ətirli edir.

Şüyüdün faydaları

Şüyüd və faydaları

Şüyüd bədənə istilik və quruluq verir, sidikqovucu və südqovucu xüsusiyyətə malikdir. Toxumu bu baxımdan daha qüvvətlidir. Gövdə və toxumunu qaynadandan sonra alınmış suyu sancını kəsir, yel və qazları özünə hopdurur. Xörək və turşularda şüyüd toxumu işlətmək xeyirlidir.

Vəzəri (acı tərə)

Vəzəri (acı tərə)

Vəzərinin həm yabanı, həm də dirrikdə becərilən növü var. Keçmişdə bu bitki sağlamlıq və güc rəmzi kimi tanınmışdır. Tərkibində bədən üçün lazım olan bir sıra faydalı maddələr olduğundan ona sağlamlıq göyərtəsi adı verilmişdir. Bu göyərti infeksiyaya qarşı mübarizə aparır, bağırsaqların işini yaxşılaşdırır, tənəffüs sistemini tənzimləyir.

Nanə yarpağı

Nanə yarpağı və faydaları

Nanə bədənə istilik və quruluq verir, mədə və ürək fəaliyyətini qüvvətləndirir. Xörəkdə nanə işlətmək həzmə kömək edir, mədə üçün isə faydalı olur. Bağırsaq qazını özünə hopdurur, qatı qanı durulaşdırır. Nanədən alınan cövhər mədənin artıq şirə ifraz etməsinin qarşısını alır və mədə xorasından olan ağrıları sakitləşdirir.

  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun