Dəfnə yarpağı
Dəfnə ağacının yarpağını suda qaynatdıqdan sonra sirkə ilə qarışdırıb ağızı qarqara etmək diş ağrısını sakitləşdirir. Dəfnə yarpağı mikroblara və infeksiyaya qarşı müqavimətlidir. Keçmişdə əncir və xurmanın xarab olmasının qarşısını almaq üçün onların arasına dəfnə yarpağı qoyardılar.
Dəfnə yarpağı tərləməni, toxumu isə iştahanı artırır, mədəni qüvvətləndirir və xronik bronxit hallarında tövsiyə edilir. Yarpağı və meyvəsi zəhərlənməyə qarşı vasitə kimi tanınır. Əsəbdən olan ağrılar, yorğunluq, əzginlik zamanı və damarların genişləndirmək üçün dəfnə meyvəsini dəri üzərinə sürtməklə massaj etmək lazımdır. Toxumlarını işlətmək yaddaşı gücləndirir, tənginəfəslik və öskürək zamanı faydalıdır. Mədə bağırsaqlarda qəliz qazların toplanması, sancı, qulunc, qara ciyər, böyrək xəstəliklərinə, dalaq, bel və oynaqda olan ağrılara qarşı müalicəvi əhəmiyyət daşıyır. Toxumunun yağı damarları genişləndirir, sinir sisteminin fəaliyyəti üçün xeyirlidir və sulu zökəmə qarşı istifadə olunur.
Arpa unu ilə təpitməsi isti şişlər və oynaq ağrıları zamanı faydalıdır. Yarpağının yeyilmə norması 9 qram, meyvəsinin isə 4 qramdır.
Teqlər: qara ciyər, böyrək xəstəlikləri, dəfnə ağacı, dəfnə yarpağı, dəfnə toxumu, sancı, qulunc, öskürək, əsəb xəstəlikləri, yaddaş