F12 School - Kompüter Kursları

Aloye bitkisi

Antibakterial tərkibi olan aloe vera bitkisi, sızanaq və akneli yağlı və zərərli hüceyrələrlə mübarizə apararaq, dərini hamarlaşdırır. Aloe vera təbii bir nəmləndirici olaraq dərini yaxşı nəmləndirir və elastikliyini artırır. Yaxşı nəmlənmiş cild sağlıqlı və hamar görsənir. Saç dibinə tətbiq olunan aloe vera bitkisinin saç köklərini gücləndirdiyi və kəpəklərin meydana gəlməsinin qarşısını aldığı məlumdur. Saç uzanmasını sürətləndirir və yeni saçlar da yaradır.

Çatlamış dabanlar həm görünüşü korlayar həm də ağır vəziyyətlərdə ağrı və acıya səbəb olar. Aloe vera bitkisi ayaqlardakı çatları yaxşılaşdırır. Aloe veranın antiinflamatuar və antiseptik xüsusiyyətləri kiçik yaralar, kiçik kəsiklər , həşərat sancmalarında da təsirli olur. Dodaqlardan ölü hüceyrələri çıxarmaq üçün istifadə olunan aloe vera bitki dodaqlarınıza yumşaq və elastik bir quruluş verir. Bronxial astma xəstəliyi zamanı aloe dərman vasitəsinin qəbulu xəstənin vəziyyətini dəfələrlə yaxşılaşır və xəstədə əvvəllər olduğu kimi boğulma halları olmur. Hətta paralel olaraq antibiotik və digər dərman preparatları qəbul etməklə bronxial astmadan tam olaraq sağalmaq mümkündür.

Aloe vera yarpaqlarından dərman vasitəsinin hazırlanma qaydası
Aloe şirəsini biostimulyator kimi istifadə etmək üçün yaşı 2 ildən az olmayan yarpaqlarını dibindən kəsilərək götürülür. Həmin yarpaqları quru və qaranlıq yerdə, kağız üzərində 15-20 gün saxlamaq lazımdır. Müddət keçəndən sonra yarpaqlar iki yerə bölün, içindəki geləbənzər maddəni qaşıqla şüşə boşqaba boşaldın. Hazır 100 ml aloe şirəsinin üzərinə 180 ml bal, 120 ml tibbi (etil spirt) spirt və 50 ml soyuq qaynar su əlavə edib qarışdırın. Hazır məlhəmi qapaqlı şüşə qabda, qaranlıq və soyuq yerdə 6 gün saxlayın. Hər gün şüşə qabı çalxalayaraq qarışdırın.

Məlhəm 6 gündən sonra qəbul etmək üçün hazır olur. Qəbul qaydası: 1 xörək qaşığı gündə 3 dəfə ac qarına qəbul edilir. Uşaqlara 0,5-1 çay qaşığı olmaqla gündə 2-3 dəfə yeməkdən qabaq verilir. Miqdar yaşa uyğun olaraq tənzimlənir Fasiləsiz 8-14 gün qəbul olunur. Ehtiyac olduğu halda 8-10 gün ara verin və qəbulunu bərpa edin. İlk dəfə qəbul etdikdə bir dəfəyə qəbul etdiyiniz miqdarı yarısına qədər azalda bilərsiniz. İki-üç gün sonra miqdarı tədricən artırın və normaya çatdırın.

Bu məlhəm yalnız yuxarıda qeyd olunan xəstəliklər zamanı deyil, bir çox xəstəliklərdə qəbul oluna bilər.

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun