Pendirin faydaları
Pendir keçmişdə mühüm qida növü kimi istifadə edilirdi. Ən yaxşı pendir otlardan hazırlanmış maya ilə düzəldilən pendirdir. Pendirin keyfiyyəti onun hazırlandığı südün çöldə, çəməndə otlayan sağlam heyvandan alınmasından asılıdır. Tərkibində mühüm qida maddələri olduğuna görə çörəklə pendir yemək bədəni möhkəmləndirir.
Mədə-bağırsaqları qüvvətləndirir. Həzmə kömək edir, lakin özü gec həzm olunur. Qoz ləpəsi və mərzə ilə pendir çörək yemək adamı kökəldir. Təzə pendir yeyən adamın dərisi yumşaq olur. Pendir həmdə yaxşı qan yaradır. Onun bişirilmiş və duzlusu mədə boşluğuna qarşı xeyirlidir. Köhnə və xarab olmağa başlayan pendir bədənə zərərlidir və bədəndə daş əmələ gətirir. Təzə tutuşan və dələmə adlanan pendir yuxu gətirir, əsəbilik və mədə iltihabı zamanı xeyirlidir. Vərəm və öd xəstəliyi, qan təzyiqi hallarında işlətmək tövsiyə edilir.
Yaxşı qalmaq üçün pendiri qatıqda və ya qatığın suyunda saxlamaq məsləhətdir. Köhnə duzlu pendir iştahanı açır, quruducu xüsusiyyətə malikdir. Qəbzlik və susuzluq yaradır. Onun bal ilə təpitməsi çibanı deşir.
Teqlər: qəbzlik, qan təzyiqi, çiban, vərəm