İstiot və faydaları
İstiot bədənə istilik verir, quruducu və həzmi sürətləndirən xüsusiyyəti var. Zəhərlərə qarşı əks təsirə malikdir. İstiot qəbul etdikdə bəlğəmi kəsir və öskürək, tənginəfəslik zamanı xeyirlidir. Mədə-bağırsağa qaz toplanması zamanı və insanda sancı hallarında bədənə müsbət təsir göstərir.
Xörəkdə istiot işlətmək hafizəni gücləndirir, qanı duruldur, qəliz yeməkləri lətafətləndirir, qara ciyər və mədənin fəaliyyətini qüvvətləndirir və onları isti saxlayır.
Onu qaynadıb gülab ilə qarışığını başa sürtmək zökəmə qarşı faydalı olur. Ancaq çox istiot işlətmək böyrək, qara ciyər, sidik yolları xəstəlikləri zamanı və daxil orqanların fəaliyyətinə ziyandır.
Teqlər: istiot, mədə-bağırsaq, zəhərlənmə, qara-ciər, qan-durulducu