Hil və faydaları
Hil insanı şadlandırır, ürəyə qüvvət verir, mədəni bərkidir, ürək bulanmasına, qazlara, qara ciyər xəstəliklərinə qarşı faydalıdır. Məhəmməd Hüseyn xan yazır ki, hil bızi ruhi xəstəliklərindən qoruyur, məsələn epilepsiya müalicəsi üçün faydalıdır. O böyrəkdə olan daşları əridir. Beləliklə hil xörəklərə ləzzət verən ədviyyat olmaqla yanaşı, həmdə təsirli müalicə vasitəsidir.
Lakin orta əsr mənbələri qeyd edir ki, hilin həddindən artıq istifadə edilməsi bir sıra xəstəliklərə gətirib çıxara bilər. Məsələn, o ağ ciyər üçün zərərlidir. Hilin bu nöqsanını aradan qaldırmaq üçün onu şəkərlə istifadə edirlər.
Orta əsr mənbələri hili nə qədər qəbul etmək qaydalarınıda ğöstərir. Bir dəfədə qəbul olunan hilin miqdarı bir misqaldan (4.5 qr) çox olmamalıdır. Orta əsr əzcaçı və həkimləri hili tapmadıqda onu hindistanda bitən Kəbabə adlı bitki ilə əvəz edirdilər.
Hil Çində, Hindistanda, Şrilankada, şərqiafrikada və cənubi amerikada becərilən bitkinin toxumlarıdır. Ən qədim zamanlardan bəri Azərbaycan milli mətbəxində və əzcaçılıqında istifadə olunur. Müasir təqdiqatlar göstərir ki, hilin tərkibində efir yağları, rezin və amidon adlı maddələr vardır. Avropalılar hili müxtəif kökə bişirmələrinə, eləcədə qəhvəyə qatırlar.
Əgər əsəb gərginliyiniz varsa bu çayı gündə 3 dəfə içə bilərsiniz, çayın dəmlənilmə qaydası belədir: 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı 15 ədəd hil qarışdırıb dəmləyin və onu gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için. Bu çay həm də mədə bağırsaq sancılarınıda aradan qaldırır. Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir.
Hil xüsusilə həzm sistemi üçün xeyirlidir. Məhz buna görə bəzi Şərq ölkələrində hil toxumları yeməkdən sonra çeynənilir. Hil həmçinin ağızdan gələn pis qoxunu yox edir, ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir
Teqlər: kətan toxumu, qəbzlik, omega 3, omega 6, zəyərək