Ud Hindi və möcüzələri
"Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur" bu hədis Həzrət Peyğəmbərimiz Məhəmməd (s) hədislərindəndir. Bunun kimi başqa hədis və rəvayətlərdə Ud-hindinin möcüzələrindən çox danışılıb. Ud hindinin 20 yə yaxın növünün olduğunu bildirmişlər bu növlərdən yalnız biri okeanda digər qisimləri isə quruda yetişir.
Okeanda yetişən qisminin rəngli ağ, iyi və acılığı ,qurudakına nisbətən daha yüngül olur. Ud-hindi ən çox Hindistanda, Afrikada və Amerikanın bəzi ştatlarında bitir. UD HİNDİ bitkisi öz tərkibində HİLİNİN və BİNZOLAT turşusu kimi güclü mikrob öldürən iki maddəni və bir çox başqa faydalı maddələri cəm etdiyi üçün içilərək istifadə olunduğu zaman şəkərlə qarışdırılmaması tövsiyə olunur. Ud-hindinin qədim zamanlardan bəri bir çox istifadə qaydası mövcuddur.
Suda dəmlənib içilir.
Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur.
Burun vastəsilə qəbul olunur, müasir tibb elmi zeytun yağı ilə qarışdırılmış, yaxud da dəmlənmiş halda buruna damcılandırılması fərziyyəsini irəli sürür.
Dəri xəstəlikləri üçün isə, zeytun yağında 15 gün saxladılıb dəriyə sürtülür.
Balla qarışdırılıb dəriyə sürtülür.
Su ilə qarışdırılıb çimilir.
Ud hindinin üyüdülmüş formasından bir cay qaşığı miqdarında bir stəkan suya qarışdırıb və ya dəmlənərək içilir.
Tibb elmində Ud-hindinin aşağıdakı xəstəliklərin müalicəsi zamanı çox xeyirli olduğu sübüt olunub:
Laxtalanmanın qarşısını alır
Hormon pozuntularını tənzimləyir,
Heyz pozuntuları
Ümumi Qadın xəstəlikləri
Sidik kisəsi
Böyrək xəstəlikləri və daşların əridilməsi
Öd kisəsi və daşları
Qara ciyərlə əlaqəli bütün xəstəliklər
Ağ ciyər xəstəliklərinin, şişmənin və su yığılmasının və s xəstəliklərin qarşısının alınmasında və müalicəsində mühüm rol oynayır.
Həzm prossesini yaxşılaşdırır və maneələri aradan qaldırır,
Mədə xəstəlikləri və qurdları
Bağırsaq xəstəlikləri və qurdları
Zəhərlənmənin qarşısını alır
Köplərin qarşısını alır
Bütün bədəndəki xoş və bəd xasiyyət şişlərə əridilməsinə çox böyük və müsbət təsir göstərir
Qəbizlik və ishalı tənzimləyir
Qızdırmanı sabitləşdirir
İmuniteti yüksəldir
Cinsi faliyəti yüksəldir
İştahı açır
Əsəbləri sakitləşdirir
Ud hindi ən güclü antibiotik, antiseptikdir. Bədəndə olan iltihabı və infeksiyaları aradan qaldırmağa kömək edir. Dəridə yanıq, kəsik kimi zədələr, həşərat sancmaları, ekzema kimi dəri xəstəliklərinin müalicəsində müsbət təsir edir.
Boğaz ağrısı üçün faydalıdır. Antioksidant mənbəyi olduğu üçün bədəni toksinlərdən təmizləyərək xərçəng hüceyrələri ilə mübarizə aparır.
Qanı təmizləməklə ürək-damar sağlamlığını da qoruyur. Mədə ağrısı üçün faydalıdır. Öd və böyrək daşlarını əridir.
Qrip və soyuqlama kimi mövsümi xəstəliklərdə müalicə müddətini sürətləndirir.
Burun tıkanıqlığına faydalıdır və tənəffüs yollarını açır. Stresi azaldır və yorğunluğu aradan qaldırır.
Səhərlər 1 çay qaşığı ud hindi tozunu bala və ya bəhməzə, ya da ilıq suya qatıb boş mədəyə qəbul etmək olar. Bu zaman bədəninizi viruslardan qorumaqla yanaşı, immunitet sistemini və bədən enerjisini artırmış olursunuz.
Ud-Hindinin tərkibi:
Kalori (kkal): 268
Karbohidratlar (qr): 0.1
Teqlər: Şəkərli diabet, Darçın, kolon xərçəngi, xolsterin, sarkök, zerdecal, zəfəran, ud-hidi