F12 School - Kompüter Kursları

Sarıkök (zerdeçal)

Sarıkök (zerdeçal)

Zəncəfil ailəsindən olan Sarıkök (zerdeçal) yeməkdə ədviyyat və sarı boya kimi istifadə olunur. Sarıkök xoş, zəif bir ətir və düzgün dozada bir az yanma dadı ilə xarakterizə olunur. Hind mətbəxindən kənarda, adətən sarıkök adlanan zerdeçal kökü, yeməkləri xoş solğun sarı rəngə boyayan zəfəranın ucuz əvəzedicisi kimi istifadə olunur. Sarıkök yeməklərə xüsusi bir tam verməklər yanaşı, sağlamlığımızada xeyirdir.

Sarıkökün vətəni Cənub-Şərqi Hindistandır. Sarıkök avropalılara ilk dəfə orta əsrlərdə təqdim edilib, lakin bu ədviyyat darçın və mixək kimi geniş yayılmayıb. Sarıkök özündə çoxlu faydalı maddələr ehtiva edir, buna görə də dərman bitkisi kimi təsnif edilir. Sarıkök məşhur köri otunun əsas tərkib hissəsidir. Sarıkök təkcə yeməkdə deyil, həm də tibbdə və kosmetikada istifadə olunur. Sarıkök qidaların istifadə müddətini artırır.

Sarıkökün tərkibində fosfor, dəmir, yod, kalsium var. Kolinlə yanaşı vitaminlər: C, B1, B2, B5, K. Sarıkökdə güclü antioksidantlar var - sərbəst radikalları zərərsizləşdirən maddələr - hüceyrələri məhv edən qeyri-sabit molekullar. Sarıkök uzun illər hindistanda gənclik və gözəlliyi qoruyan vasitə hesab olunur.

Sarıkök xərçəng və iltihab əleyhinə xüsusiyyətlərə malikdir, həzm sisteminin, böyrəklərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir göstərir. Sarıkökün rəngi mədə şirəsinin ifraz olunmasına və iştahın artmasına kömək edir.


Kalori (kkal): 325

Zülal (qr): 12.7

Yağlar (qr): 13.8

Karbohidratlar (qr): 58.2


 

Teqlər: Şəkərli diabet, Darçın, Şəkərli diabet, kolon xərçəngi, xolsterin, sarkök, zerdecal, zəfəran

Şərh yaz


  • Darçın bitkisi
    Darçın bitkisi
  • Kətan toxumu
    Kətan toxumu
  • Zəncəfil bitkisi
    Zəncəfil bitkisi
  • Qaraçörək otu
    Qarazirə otu
  • Çia toxumu
    Çia toxumu
  • Sarıkök bitkisi
    Sarıkök bitkisi
  • Ud Hindi bitkisi
    Ud Hindi bitkisi
  • Şüyüd toxumu
    Şüyüd toxumu
  • Hil
    Hil
  • Mahlep
    Mahlep

Hesabınıza daxil olun