Zəncəfil
Zəncəfil qamış kimi görünən çoxillik ot bitkisinin köküdür. Zəncəfil ailəsinə aiddir. Buraya həmçinin ədviyyatların hazırlandığı digər otlar da daxildir - sarıkök, hil və qanqal.
Böyüdükdə zəncəfil çoxlu su və günəş tələb edir və buna görə də onu isti ölkələrdə becərirlər. Ən böyük populyar və tarixi vətəni - Cənub-Şərqi Asiyadadır. Dünyadakı zəncəfilin demək olar ki, 3/1 Hindistanda yetişdirilir.
Zəncəfil ən qədim ədviyyatlardan biri hesab olunur. Cənub-Şərqi Asiyanın sakinləri onu bir neçə minilliklər əvvəl yetişdirməyə başlayıblar. Qədim Çin, Hindistan və Fars tibb elmində zəncəfil tonik, qızdırma salıcı və təmizləyici kimi qeyd olunur.
Zəncəfil qızışdırıcı xüsusiyyətə malikdir və aktiv tərləməyə səbəb ola bilir. Bir stəkan zəncəfil çayına yarım limonun suyunu əlvə etmək, soyuqdəymə və viruslara qarşı müqaviməti artırır və xəstəliyin əlamətlərini yüngülləşdirməyə kömək edir.
Bir sıra tədqiqatlar göstərib ki, zəncəfil qanda şəkərin səviyyəsini aşağı salır. Bundan əlavə, zəncəfilin antiinflamatuar xüsusiyyətləri diabetin ikincil simptomlarını - şiş və iltihabı aradan qaldırmağa kömək edir.
Quranda zəncəfil haqqında "İnsan" surəsi 17-ci və 18-ci ayələrində "Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən) şərab da içirdiləcəkdir". "(Zəncəfil) Cənnətdə bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır". Qeyd: Cənnətdəki şərablar, dünya şərabları kimi insanı sərxoş etmir.
Zəncəfil həm də təsirli bir antibakterial vasitədir. Alimlər sübut ediblər ki, zəncəfil ağız boşluğunu periodontal və digər diş əti xəstəliklərinə səbəb olan bir neçə növ bakteriyadan qoruyur. Zəncəfil kandidoz kimi göbələk xəstəliklərinə qarşı da təsirlidir.
Zəncəfil ürək-damar sisteminə müsbət təsir göstərir - o, qanı durulaşdırır, təzyiqi aşağı salır və ürəyi koronar arteriya xəstəliyindən qoruyur. Eyni zamanda, 2017-ci ildə edilən bir araşdırmaya görə, bir insan nə qədər çox zəncəfil istifadə etsə, bu təsir daha qabarıq görünürdü.
Zəncəfil qan şəkərini azaldır və yağların parçalanmasına məsul olan fermentlərin istehsalını stimullaşdırır. Zəncəfilin toxluq hissini uzatdığı üçün arıqlamaq istəyənlər üçündə yaxşı bir vasitədir.
Vitaminlər və minerallar (gündəlik tələbatdan)
Vitamin C - 5 mq (5,6%)
Vitamin E - 0,3 mq 1,7%
K vitamini - 0,1 mq (0,1%)
Vitamin B3 - 0,7 mq (33%)
Vitamin B6 - 0,2 mq (8%)
Fol turşusu - 11 mkq (3,8%)
Vitamin B5 - 0,2 mq (4,1%)
Zəncəfildə olan minerallar
Kalsium - 16 mq (1,6%)
Dəmir - 0,6 mq (3%)
Maqnezium - 43 mq (11%)
Fosfor - 34 mq (4%)
Kalium - 415 mq (16%)
natrium - 13 mq (1%)
sink - 0,34 mq (3%)
Mis - 0,226 mq (22,6%)
Maqnezium - 0,43 mq (21%)
Selenium - 0,7 mkq (1%)
manqan - 0,229 mq (11%)
Zəncəfildə qida maddələri
Zülal (qr): 1.5
Yağlar (qr): 0.73
Karbohidratlar (qr): 1.7
Su (qr): 79
Liflər (qr): 2
Teqlər: zəncəfil, sarıkök, soyuqdəymə, vitamin, qanqal