Qarazirə otu
Qarazirə (bu bitkiyə "çörəkotuda" deyilir) yayda çiçək açan və yalnız həyatının ikinci ilində toxum verən otlu çətir bitkisidir. Qara zirə Qafqazda, Sibirdə və Orta Asiyada geniş yayılmışdır. Bu bitki hətta qədim Misirdə də qiymətləndirilib. Fironun məzarında qazıntılar zamanı bir şüşə yağ tapılıb və onun zirə olduğu müəyyən edilib. Misirlilərin ondan necə istifadə etdikləri dəqiq məlum deyil, ancaq “axirətdə” özləri ilə yalnız qiymətli əşyalar qoyurdular.
Xüsusilə də qarazirə müsəlman ölkələrində yüksək qiymətləndirilir.
Həzrət Məhəmməd Peyğəmbər (s) qara zirənin ölümdən başqa bütün xəstəliklərə şəfa verməsi haqqında hədisi var. Qara zirənin adı müsəlman dilindən “xeyir-bərəkət toxumu” kimi tərcümə olunur. Məşhur İbn Sina da zirəni güclü dərman bitkisi kimi qeyd etmişdir.
Qara zirənin faydaları:
Qara zirə ən bioloji aktiv ədviyyatlardan biri hesab olunur. Toxumlarda müxtəlif yağ turşuları, həmçinin kalium, fosfor, kalsium və maqneziumla zəngindir.
Qara zirənin güclü şifa vasitəsi kimi effektivliyi təkcə qədim təbiblər tərəfindən deyil, həm də müasir tibb elmi tərəfindən də tanınır. Zirə yağı bakterisid təsirə malikdir, göbələk və bağırsaq parazitləri ilə mübarizə aparır.
Qara zirə həzmi yaxşılaşdırmaq üçün istifadə olunur Öd ifrazını gücləndirir və onun yaxşı işlətmə təsirinə malikdir.
Qara zirənin bir hissəsi olan timokinon maddəsi antioksidant hesab olunur, bunun sayəsində bu dərman bitkisinin qəbulu ümumi tonu artırır və performansı yaxşılaşdırır, enerji verir. Qeyd olunur ki, timokinon hətta bədxassəli şişlərin böyümə sürətinə təsir edir, ağrılı prosesi ləngidir.
Qarazirə toxumu bir çox xəstəliklərdə dərman kimi istifadə olunur. Zəifləmiş immun sistemdən tutmuş, əsəb, yuxu pozulması, adət pozulması, mikrob xəstəlikləri, şəkər, qan dövranı pozulması, sistem xəstəlikləri, xolesterin və sələflərinin çoxalması, revmatizma xəstəlikləri, infeksion xəstəliklər, yüksək təzyiq, kalsum, maqnezium, kalium, mis çatışmazlığı, bəd xassəli şişlərin profilaktikası üçün, ana südü azlığı, bronxit, allergiyalar, xroniki qastrit, xroniki kolitlər, prostatit, klimaks çətinlikləri vaxtı istifadə, dəri yaraları, dəri səpmələri, dəri sönüklüyü, köp, öskürək, baş ağrıları üçün çox faydalıdır.
Qarazirə otunun xüxusiyyətləri
Kalori (kkal): 375
Zülal (qr): 17.8
Yağlar (qr): 22.2
Karbohidratlar (qr): 44.2
Teqlər: qarazirə, qaraçörək otu, qarazirə yağı